Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Vilayət Eyvazov Türkiyə DİN-in nümayəndə heyətini qəbul...--:--
News
Şimali Makedoniya investorları ölkədə qalmağa və yeni s...--:--
News
Azərbaycan "UkraineInvest" və "Microsoft Ireland Operat...--:--
News
Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə gör...--:--
News
ABŞ Ermənistan mediasına 7,5 milyon dollar verib--:--
News
Vilayət Eyvazov Türkiyə DİN-in nümayəndə heyətini qəbul...--:--
News
Şimali Makedoniya investorları ölkədə qalmağa və yeni s...--:--
News
Azərbaycan "UkraineInvest" və "Microsoft Ireland Operat...--:--
News
Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə gör...--:--
News
ABŞ Ermənistan mediasına 7,5 milyon dollar verib--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib

Bugün, 12:17
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "BlackRock"un tərkibində fəaliyyət göstərən qlobal infrastruktur investisiya şirkəti - "Global Infrastructure Partners"in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib.

"Hüquqinfo.az" xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının bu ilin yanvarında Adebayo Oqunlesi ilə Davosda görüşü xatırlandı.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), "BlackRock" və "Global Infrastructure Partners" (GIP) şirkəti arasında Davosda imzalanmış uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun əhəmiyyətinə toxunuldu.

Görüşdə Azərbaycan ilə şirkət arasında investisiya əməkdaşlığının inkişafından məmnunluq ifadə edildi, əldə olunmuş nəticələr və tərəfdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə "Global Infrastructure Partners" (GIP) arasında formalaşmış tərəfdaşlığın artıq konkret beynəlxalq investisiya layihələrini əhatə etdiyi vurğulandı. Bu xüsusda Fondun İtaliyanın yüksəksürətli qatar operatoru "Italo"ya və Londonun Qatvik hava limanına bu şirkətlə birgə investisiya yatırdığı qeyd olundu.

Ölkəmizin infrastruktur sahəsində investisiya imkanları, o cümlədən rəqəmsal və nəqliyyat infrastrukturu istiqamətlərində potensial əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Prezident İlham Əliyevin himayəsi altında Bakıda təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu və bu çərçivədə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və "BlackRock" şirkətinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqunun əhəmiyyətinə toxunuldu. Bu tədbirlərdə 30 trilyon ABŞ dolları məbləğində aktivləri idarə edən şirkətlərin iştirak etdiyi vurğulandı.

Qeyd edək ki, "Global Infrastructure Partners" şirkəti 2024-cü ildən dünyanın ən böyük investisiya idarəetmə şirkəti olan "BlackRock"un tərkibində fəaliyyət göstərir. İdarə olunan aktivlərinin həcmi 15,3 trilyon ABŞ dolları təşkil edən "BlackRock" enerji, nəqliyyat, rəqəmsal infrastruktur, su və tullantıların idarə olunması sahələrində ixtisaslaşmış qlobal investisiya şirkətidir. "Global Infrastructure Partners"in (GIP) idarə etdiyi aktivlərin həcmi isə 170 milyard ABŞ dollarıdır. Bu şirkət, həmçinin "BlackRock", "Microsoft" və "MGX" ilə birlikdə qlobal Süni İntellekt İnfrastruktur Fondunun əsas təsisçilərindəndir.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Şimali Makedoniya investorları ölkədə qalmağa və yeni sərmayələr yatırmağa dəvət edib

News thumbnail
siyaset

Azərbaycan "UkraineInvest" və "Microsoft Ireland Operations Limited" ilə əməkdaşlıq edəcək

News thumbnail
siyaset

Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb

Populyar Xəbərlər

News thumbnail
Bugün
idman

SOCAR BƏƏ şirkəti və İtaliya Futbol Federasiyası ilə əməkdaşlıq edəcək

Bugün, 13:06
News thumbnail
Bugün
cemiyyet

AYNA: 50 və 64 nömrəli marşrutların hərəkət sxemi dəyişdirilib

Bugün, 13:04
News thumbnail
Bugün
siyaset

Naxçıvan Azərbaycanda bütün elektrik enerjisini "yaşıl mənbələr"dən alacaq ikinci region olacaq

Bugün, 13:04
News thumbnail
Bugün
dunya

Ankara Universitetində Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş sənədli film nümayiş etdirilib

Bugün, 13:04

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Nazir müavini: Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra illik 5 milyon ton yük daşıyacaq

Bugün, 13:03
News thumbnail
Bugün
iqtisadiyyat

"Azərbaycan Biznesinin İnkişafı Fondu" AIIF 2026-da 3 sənəd imzalayıb

Bugün, 13:02
News thumbnail
Bugün
siyaset

Ermənistanda və Azərbaycanda müəyyən dairələr...

Bugün, 13:02
News thumbnail
Bugün
cemiyyet

Lənkəranda atalığı 3 yaşlı uşağı döyüb, anasının valideynlik hüququnun məhdudlaşdırılmasına baxılır- FOTO - YENİLƏNİB-1

Bugün, 13:00
News thumbnail
Bugün
iqtisadiyyat

Elnur Bağırov: İqtisadi zonalar Azərbaycanda investisiya imkanlarını genişləndirir

Bugün, 12:59
News thumbnail
Bugün
dunya

XİN rəhbərinin müavini Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin əhəmiyyətindən danışıb

Bugün, 12:59
News thumbnail
siyaset

Elnur Məmmədov: Artıq Ermənistanda TRIPP üzrə mühəndislik işlərinə başlanılıb

News thumbnail
siyaset

Zelenski Trampla görüşdə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini müzakirə etdiyini açıqlayıb