Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Rəhim Həsənov hakim səhvini etiraf etdi--:--
News
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb--:--
News
Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində...--:--
News
“Ən yaxın Şərq” layihəsi fəaliyyətə başladı--:--
News
Boçorişvili: ABŞ-nin Azərbaycan-Ermənistan sülh prosesi...--:--
News
Rəhim Həsənov hakim səhvini etiraf etdi--:--
News
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb--:--
News
Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində...--:--
News
“Ən yaxın Şərq” layihəsi fəaliyyətə başladı--:--
News
Boçorişvili: ABŞ-nin Azərbaycan-Ermənistan sülh prosesi...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

"AzerGold": Dağ-mədən sənayesində 4 əsas strateji layihəyə 3,6 milyard manat investisiya qoyulacaq

Bugün, 14:41
News thumbnail

Hüquqinfo.az bildirir ki,

"AzerGold" QSC-nin dağ-mədən sənayesində həyata keçirəcəyi 4 əsas strateji layihənin ümumi investisiya dəyəri 3,63 milyard manatdır.

"Hüquqinfo.az" xəbər verir ki, bunu "AzerGold"un İdarə Heyətinin sədri Zakir İbrahimov Prezident İlham Əliyevin sədrliyi ilə "2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.

"Dövlət Proqramı çərçivəsində həyata keçirəcək layihələrin yalnız təxminən 10 %-nin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi planlaşdırılır. İlk layihə "Söyüdlü" qızıl yatağıdır. Burada ilk istehsal 2028-ci ildə nəzərdə tutulub. Layihənin qızıl resursu 1,03 milyon unsiya qızıldır və kəşfiyyat davam etdirilir, bu rəqəmin artması ehtimalı da var. İqtisadi dəyəri qızılın bugünkü qiyməti ilə 7,5 milyard manat təşkil edir, tələb olunan investisiya 425 milyon manatdır. Bu investisiyanın icrası "AzerGold"un daxili gəliri hesabına və cəlb edəcəyi borc hesabına planlaşdırılır. İkinci layihə Naxçıvanda yerləşən "Ortakənd" qızıl yatağıdır. Burada ilk istehsal 2029-cu ildə nəzərdə tutulub. Qızılın resursu 246 min unsiya təşkil edir və iqtisadi dəyəri 1,8 milyard manatdır. Tələb olunan investisiya 255 milyon manatdır, bu layihənin də icrası "AzerGold"un daxili gəliri hesabına və cəlb ediləcək borc hesabına planlaşdırılır.

"Filizçay" polimetal yatağı dünyadakı digər polimetal yataqları kimi müxtəlif - geoloji və digər amillərə görə ən mürəkkəb yataqlardan biridir. Bu layihənin tam gücü ilə istismara verilməsi 2031-ci ilin sonuna planlaşdırılır. Yatağın 34 illik istismarı dövründə 363 min ton mis, 2,7 milyon ton sink və 1 milyon ton qurğuşun resursunun hasilata cəlb edilməsi planlaşdırılır. Layihənin iqtisadi dəyəri 29,7 milyard manat təşkil edir və tələb olunan investisiya təqribən 1 milyard manatdır. Bu layihənin icrası "AzerGold"un daxili gəlirləri hesabına, cəlb ediləcək borc vəsaitləri və Sizin tapşırığınıza uyğun surətdə müxtəlif həcmdə investor vəsaitlərinin cəlb edilməsi hesabına ola bilər. "Daşkəsən" dəmir filizi layihəsi üzrə ilk istehsal 2030-cu ildə nəzərdə tutulur. Layihə üzrə illik nəticədə 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsal gücü yaradılacaq və tələb olunan investisiya 1,95 milyard manatdır. Maliyyələşmə dövlət büdcəsi, borc vəsaitləri və investorun iştirakı hesabına təmin edilir", - deyə sədr qeyd edib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Türkiyədə heyrətamiz: Bir nəfər bankdan 45 milyard çıxartdı

News thumbnail
iqtisadiyyat

Qlobal neft bazarı: Əsas marşrutlardakı fasilələr qiymət təzyiqini gücləndirir-TƏHLİL

News thumbnail
iqtisadiyyat

“Naftoqaz” şirkətinin müəssisəsi məhv edildi

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Şamaxıda fermerlərlə görüşlər keçirilib

Bugün, 15:26
News thumbnail
Bugün
dunya

ABŞ hərbçiləri Litvaya yola düşüb

Bugün, 15:24
News thumbnail
Bugün
siyaset

"Azəri Med"in Tarif Şurasının qərarına əməl etmədiyi müəyyən olunub

Bugün, 15:23
News thumbnail
Bugün
siyaset

"John Deere"in yeni nəsil pambıqyığan kombaynları təqdim olunub

Bugün, 15:22

Həftənin Xəbərləri

News thumbnail
Bugün
idman

Nene "Fənərbağça"dan ayrılmaq istəyir

Bugün, 15:20
News thumbnail
Bugün
huquq

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Bugün, 15:20
News thumbnail
Bugün
dunya

Rusiyada ticarət kompleksində yanğın baş verib, 3 nəfər ölüb

Bugün, 15:18
News thumbnail
Bugün
cemiyyet

Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək

Bugün, 15:18
News thumbnail
Bugün
iqtisadiyyat

Qlobal neft bazarı: Əsas marşrutlardakı fasilələr qiymət təzyiqini gücləndirir-TƏHLİL

Bugün, 15:15
News thumbnail
Bugün
dunya

ADY-nin Astara Terminalında yük aşırılması 30% artıb

Bugün, 15:14
News thumbnail
iqtisadiyyat

Qazaxıstan və Britaniya ticarəti genişləndirmək və birgə layihələrə başlamaq niyyətindədir

News thumbnail
iqtisadiyyat

Mikayıl Cabbarov dağ-mədən və metallurgiya sənayesi ilə bağlı əsas çağırışları açıqlayıb