Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon ş...--:--
News
İstanbulda İran təyyarəsinə həbs qoyulub--:--
News
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir--:--
News
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsi...--:--
News
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-ni...--:--
News
KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon ş...--:--
News
İstanbulda İran təyyarəsinə həbs qoyulub--:--
News
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir--:--
News
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsi...--:--
News
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-ni...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

AzInTelecom "ICTWEEK Uzbekistan 2026"da rəqəmsal həllərini təqdim edib

Dünən, 15:16
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Şirkət beynəlxalq əməkdaşlıqlarını genişləndirərək Azərbaycanın regional rəqəmsal hub kimi mövqeyinin gücləndirilməsinə töhfə verir.

"AzInTelecom" MMC Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən beynəlxalq "ICTWEEK Uzbekistan 2026" tədbirində bulud, biometrik identifikasiya və süni intellekt istiqamətində həll və imkanlarını təqdim edib. Şirkətin tədbirdə iştirakı rəqəmsal məhsul və xidmətlərin regional bazarda tanıdılması, yeni tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma olub.

Müasir rəqəmsal infrastrukturun inkişafı, yüksək hesablama imkanlarının yaradılması və qabaqcıl texnologiyaların tətbiqi "AzInTelecom"un Azərbaycanın regional rəqəmsal hub kimi mövqeyinin gücləndirilməsinə yönəlmiş fəaliyyətinin əsas istiqamətləri sırasındadır. Şirkət bu istiqamətdə data mərkəzləri və bulud infrastrukturu ilə yanaşı, süni intellekt və yüksək performanslı hesablama imkanlarını da inkişaf etdirir.

"AzInTelecom"un Baş direktorunun müşaviri Fərid İsmayılzadə tədbir çərçivəsində keçirilən panel müzakirəsində "Süni intellektin bulud infrastrukturuna və kibertəhlükəsizliyə təsiri" mövzusunda çıxış edib. O, süni intellekt texnologiyalarının müasir rəqəmsal infrastruktura təsirindən, həmçinin "AzInTelecom"un bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışıb.

Çıxış zamanı Azərbaycanda yaradılmış ilk Superkompüter Mərkəzinin ölkənin süni intellekt və rəqəmsal inkişafı baxımından əhəmiyyəti xüsusi qeyd olunub. Mərkəz böyük hesablama gücü tələb edən süni intellekt və digər texnoloji layihələrin ölkə daxilində həyata keçirilməsi üçün zəruri infrastruktur yaradır, yerli şirkətlərə, dövlət qurumlarına və innovasiya subyektlərinə qabaqcıl hesablama resurslarından istifadə imkanı verir. Bununla da Azərbaycan yalnız rəqəmsal texnologiyaların istifadəçisi deyil, süni intellekt həllərinin yaradılması və inkişafı üçün zəruri texnoloji infrastruktura malik ölkə kimi öz imkanlarını genişləndirir.

Mərkəzdə süni intellekt modellərinin hazırlanması, böyük həcmli məlumatların sürətli emalı və mürəkkəb hesablamaların aparılması üçün "NVIDIA H200 GPU" çiplərindən istifadə olunur. Hazırda Mərkəzin hesablama gücünün və imkanlarının daha da genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu infrastruktur Azərbaycanın regionda süni intellekt və yüksək hesablama xidmətləri üzrə texnoloji mərkəz kimi mövqeyinin gücləndirilməsi üçün də yeni imkanlar yaradır.

F. İsmayılzadə öz çıxışında həmçinin "AzInTelecom"un biometrik həllərində təhlükəsizliyin gücləndirilməsi məqsədilə müasir süni intellekt texnologiyalarından istifadə etdiyini bildirilib.

Tədbir çərçivəsində "AzInTelecom"un nümayəndə heyəti şirkətin stendində bulud və biometrik həllərini, eləcə də digər rəqəmsal məhsul və xidmətlərini beynəlxalq auditoriyaya təqdim edib. Xarici texnologiya şirkətlərinin nümayəndələri ilə keçirilən ikitərəfli görüşlərdə potensial əməkdaşlıq imkanları və həllərin regional bazarlarda tətbiqi perspektivləri müzakirə olunub.

"AzInTelecom"un beynəlxalq texnologiya platformalarında iştirakı şirkətin rəqəmsal həllərinin xarici bazarlarda tanıdılması ilə yanaşı, Azərbaycanın regionda məlumatların saxlanması və emalı, bulud xidmətləri və yüksək hesablama imkanları üzrə texnoloji mərkəz kimi mövqeyinin gücləndirilməsinə xidmət edir.

2004-cü ildən etibarən hər il təşkil olunan "ICTWEEK Uzbekistan" informasiya-kommunikasiya texnologiyaları sahəsində şirkətləri, dövlət qurumlarını və ekspertləri bir araya gətirən regional platformalardan biridir. Tədbir çərçivəsində süni intellekt, rəqəmsal transformasiya və digər aktual texnologiya mövzularında forumlar, panel sessiyaları və ekspert müzakirələri keçirilir.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Pentaqon kosmosdan raket hücumlarını izləyən sistemləri maliyyələşdirəcək

News thumbnail
iqtisadiyyat

Ancelina Coli tarixi malikanəsini satdı

News thumbnail
iqtisadiyyat

3 milyon borca görə təyyarə saxlanıldı

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Puerto-Riko sahillərində qayığın çevrilməsi nəticəsində 2 nəfər ölüb

Bugün, 03:53
News thumbnail
Bugün
iqtisadiyyat

Ancelina Coli tarixi malikanəsini satdı

Bugün, 03:50
News thumbnail
Bugün
dunya

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

Bugün, 03:38
News thumbnail
Bugün
son xeberler

OpenAI təhlükəsizlik problemlərinə görə GPT-6.1 Astra-nın buraxılışını təxirə salıb

Bugün, 03:27

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

Bugün, 03:17
News thumbnail
Bugün
cemiyyet

Əvəz Zeynallı: Şərəfli və Mübarizəli Ömür Yolu (Xronika)

Bugün, 03:06
News thumbnail
Bugün
dunya

ABŞ bu ölkələrin rəsmilərinə viza qadağası qoydu

Bugün, 03:00
News thumbnail
Bugün
iqtisadiyyat

3 milyon borca görə təyyarə saxlanıldı

Bugün, 02:50
News thumbnail
Bugün
iqtisadiyyat

Britaniya ABŞ-dan dizel ixracına qadağa qoymamağı xahiş edib

Bugün, 02:47
News thumbnail
Bugün
siyaset

“Tezliklə benzin qiymətləri düşəcək”

Bugün, 02:35
News thumbnail
iqtisadiyyat

Britaniya ABŞ-dan dizel ixracına qadağa qoymamağı xahiş edib

News thumbnail
iqtisadiyyat

Suriyada qaz kəmərində güclü yanğın oldu