Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon ş...--:--
News
İstanbulda İran təyyarəsinə həbs qoyulub--:--
News
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir--:--
News
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsi...--:--
News
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-ni...--:--
News
KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon ş...--:--
News
İstanbulda İran təyyarəsinə həbs qoyulub--:--
News
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir--:--
News
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsi...--:--
News
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-ni...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Dünən, 15:15
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Qlobal iqtisadi münasibətlərin mürəkkəbləşdiyi, beynəlxalq bazarlarda qeyri-müəyyənliyin artdığı və kapitalın daha etibarlı istiqamətlərə yönəldiyi müasir dövrdə investisiya cəlbediciliyi hər bir ölkənin inkişaf perspektivlərini müəyyənləşdirən mühüm amillərdən birinə çevrilib.

Axar.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında deyib.

Onun fikrincə, belə şəraitdə investorlar yalnız yüksək gəlir imkanları axtarmır, eyni zamanda, siyasi sabitliyə, hüquqi təminatlara, təhlükəsizliyə və uzunmüddətli əməkdaşlıq perspektivlərinə xüsusi önəm verirlər:

“Azərbaycanın beynəlxalq investisiya məkanında mövqeyinin möhkəmlənməsi məhz bu amillərin qarşılıqlı vəhdətinə əsaslanır. Sentyabrın 26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin investisiya siyasətinin əsas istiqamətlərini bir daha gündəmə gətirib. Dövlət başçısının çıxışında Azərbaycanın aparıcı beynəlxalq şirkətlər tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilməsi və ölkədə əlverişli investisiya mühitinin formalaşması xüsusi diqqət çəkib”.

Millət vəkili bildirib ki, hər bir investor etimadının arxasında ardıcıl iqtisadi siyasət, öhdəliklərə sadiqlik və əməkdaşlıq münasibətlərinin davamlılığı dayanır:

“Azərbaycanın otuz ildən artıq müddətdə qoruyub saxladığı siyasi və iqtisadi sabitlik də beynəlxalq biznes dairələrinin ölkəmizə münasibətində mühüm rol oynayır. Uzunmüddətli layihələrə və iri həcmli kapital qoyuluşlarına qərar verən şirkətlər üçün sabit fəaliyyət şəraiti xüsusi əhəmiyyət daşıyır. Çünki investisiyanın nəticəsi yalnız bazarın mövcud imkanlarından deyil, həm də həmin imkanların gələcəkdə qorunacağından asılıdır. Bu baxımdan, Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə münasibətləri diqqətəlayiq təcrübədir. Prezident İlham Əliyevin vurğuladığı kimi, otuz il əvvəl imzalanmış müqavilələrin şərtlərinin dəyişməz qalması investorların etimadını gücləndirən mühüm amildir. Bu yanaşma ölkənin beynəlxalq iqtisadi tərəfdaşlıqda üzərinə götürdüyü öhdəliklərə münasibətini nümayiş etdirir. Müqavilə sabitliyi isə kapital sahiblərinə uzunmüddətli planlar qurmaq, riskləri daha düzgün qiymətləndirmək və yeni layihələrə inamla yanaşmaq imkanı verir. Azərbaycanın investisiya cəlbediciliyində təhlükəsizlik amili də xüsusi yer tutur. Müasir dünyada iqtisadi fəaliyyətin davamlılığı yalnız maliyyə və texnoloji imkanlarla təmin olunmur.

İctimai asayişin qorunması, təhlükəsiz biznes mühitinin mövcudluğu və sabitliyin davamlılığı da sahibkarların qərarlarına birbaşa təsir göstərir. Ölkəmizdə təhlükəsizlik məsələlərinə göstərilən diqqət həm yerli sahibkarların fəaliyyətinə, həm də xarici investorların uzunmüddətli maraqlarına xidmət edən mühüm şərtdir. Bununla yanaşı, Azərbaycanın beynəlxalq şirkətlərlə əməkdaşlığı təkcə mövcud iqtisadi imkanların istifadəsi ilə məhdudlaşmır. Ölkədə formalaşmış investisiya mühiti yeni sahələrə kapital cəlb etmək, istehsal imkanlarını genişləndirmək və iqtisadi əlaqələri şaxələndirmək üçün də zəmin yaradır. Bu prosesdə etibarlı tərəfdaş imicinin qorunması strateji əhəmiyyət daşıyır. Çünki qlobal rəqabət şəraitində investorların diqqətini cəlb etmək qədər onların etimadını uzun müddət qorumaq da vacibdir”.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Pentaqon kosmosdan raket hücumlarını izləyən sistemləri maliyyələşdirəcək

News thumbnail
iqtisadiyyat

Ancelina Coli tarixi malikanəsini satdı

News thumbnail
iqtisadiyyat

3 milyon borca görə təyyarə saxlanıldı

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Puerto-Riko sahillərində qayığın çevrilməsi nəticəsində 2 nəfər ölüb

Bugün, 03:53
News thumbnail
Bugün
iqtisadiyyat

Ancelina Coli tarixi malikanəsini satdı

Bugün, 03:50
News thumbnail
Bugün
dunya

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

Bugün, 03:38
News thumbnail
Bugün
son xeberler

OpenAI təhlükəsizlik problemlərinə görə GPT-6.1 Astra-nın buraxılışını təxirə salıb

Bugün, 03:27

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

Bugün, 03:17
News thumbnail
Bugün
cemiyyet

Əvəz Zeynallı: Şərəfli və Mübarizəli Ömür Yolu (Xronika)

Bugün, 03:06
News thumbnail
Bugün
dunya

ABŞ bu ölkələrin rəsmilərinə viza qadağası qoydu

Bugün, 03:00
News thumbnail
Bugün
iqtisadiyyat

3 milyon borca görə təyyarə saxlanıldı

Bugün, 02:50
News thumbnail
Bugün
iqtisadiyyat

Britaniya ABŞ-dan dizel ixracına qadağa qoymamağı xahiş edib

Bugün, 02:47
News thumbnail
Bugün
siyaset

“Tezliklə benzin qiymətləri düşəcək”

Bugün, 02:35
News thumbnail
iqtisadiyyat

Britaniya ABŞ-dan dizel ixracına qadağa qoymamağı xahiş edib

News thumbnail
iqtisadiyyat

Suriyada qaz kəmərində güclü yanğın oldu