
Hüquqinfo.az bildirir ki,
Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər.
Azərbaycan Stolüstü Tennis Federasiyasından "Hüquqinfo.az"a verilən məlumata görə, bu gün qonşu ölkəyə yollanan komandanın heyətində Onur Quluzadə, Əliəkbər Mirzəliyev, Cəfər Almədədli, Camal Kərim, Mehin Mirzəbalayeva, Yasəmən Həbibova, Banu İmanverdizadə, Səidə Qulizadə, Gülnur Kərimli və Alina Miradiyeva yer alıb.
Sözügedən idmançılar milli komandaların baş məşqçiləri Mixail Timofeyev, Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə yarışacaqlar.






