Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
“Qarabağ”a yeni transferlər lazımdır: Büdcəmiz də var, ...--:--
News
Fariz Cəfərov: "AI üçün vacib olan enerji resurslarını ...--:--
News
Böyük Britaniya səfiri Bakıdakı "Formula 1" yarışında m...--:--
News
Gürcüstan futbol yığmasının baş məşqçisi Şimali İrlandi...--:--
News
AIIF 2026-da SOCAR-ın müxtəlif şirkətlərlə imzaladığı b...--:--
News
“Qarabağ”a yeni transferlər lazımdır: Büdcəmiz də var, ...--:--
News
Fariz Cəfərov: "AI üçün vacib olan enerji resurslarını ...--:--
News
Böyük Britaniya səfiri Bakıdakı "Formula 1" yarışında m...--:--
News
Gürcüstan futbol yığmasının baş məşqçisi Şimali İrlandi...--:--
News
AIIF 2026-da SOCAR-ın müxtəlif şirkətlərlə imzaladığı b...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

AIIF 2026-da Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu keçirilib

Bugün, 13:08
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) və aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "BlackRock"un birgə təşkilatçılığı ilə Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu keçirilib.

"Hüquqinfo.az" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində baş tutan Dialoq süni intellekt və rəqəmsal infrastruktur, enerji infrastrukturu, həmçinin strateji nəqliyyat və logistika dəhlizləri üzrə investisiya imkanlarının müzakirəsinə həsr olunub.

Dialoqda Azərbaycanın yüksək səviyyəli dövlət rəsmiləri ilə yanaşı, beynəlxalq investisiya institutlarının, infrastruktur şirkətlərinin və qlobal biznes qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

Dialoqun "Süni intellekt və rəqəmsal infrastruktur" mövzusunda ilk panel sessiyasına "BlackRock"un baş direktoru, maliyyə və strateji investorlar qrupunun qlobal rəhbəri Çarlz Hatami moderatorluq edib. Sessiyada Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, "Temasek Global Investments" şirkətinin prezidenti və Avropa, Yaxın Şərq və Afrika regionu (EMEA) üzrə rəhbəri Nagi Hamiyeh, eləcə də "Coravel, ACS" şirkətinin baş icraçı direktoru Hovard Bovil çıxış ediblər.

Müzakirələr zamanı süni intellekt texnologiyalarının tətbiqi, məlumatların emalı və saxlanması imkanlarının genişləndirilməsi, rəqəmsal bağlantının gücləndirilməsi və rəqəmsallaşma prosesləri, eləcə də bu sahələr üzrə investisiya imkanları nəzərdən keçirilib. Eyni zamanda, rəqəmsal infrastrukturun inkişafında dövlət və özəl sektor arasında əməkdaşlığın əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.

"Enerji infrastrukturu" mövzusunda ikinci panel sessiyasına "Global Infrastructure Partners"in ("GIP") tərəfdaşı və kapitalın cəlb edilməsi qrupunun qlobal rəhbəri Erik Varvel moderatorluq edib. Paneldə energetika naziri Pərviz Şahbazov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf, "Vision Invest" şirkətinin prezidenti və baş icraçı direktoru Ömər N. Əl-Midani, həmçinin "Skyborn Renewables" şirkətinin baş icraçı direktoru Patrik Lammers çıxış ediblər.

Panel çərçivəsində enerji infrastrukturunun inkişafı, bu sahədə dəyişən investisiya prioritetləri, enerji təhlükəsizliyi və bərpa olunan enerjinin artan rolu müzakirə olunub. Eyni zamanda, enerji layihələrinə institusional investisiyaların cəlb edilməsi imkanları, eləcə də dayanıqlı və etibarlı enerji infrastrukturunun inkişafında dövlət və özəl sektorun birgə iştirakının genişləndirilməsi perspektivləri müzakirə olunub.

Dialoq "Strateji nəqliyyat və logistika dəhlizləri" mövzusunda panel sessiyası ilə yekunlaşıb. "GIP" şirkətinin baş direktoru və aparat rəhbəri Mustafa Riffatın moderatorluğu ilə keçirilən sessiyada rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, "NEQSOL Holding"in baş icraçı direktoru Kirill Rubinski, "Eldridge Industries" şirkətinin sədri və baş icraçı direktoru Todd Boehli və Qatvik hava limanının maliyyə direktoru Cim Batler çıxış ediblər.

Sonuncu paneldə nəqliyyat və logistika infrastrukturuna investisiyaların genişləndirilməsi, regional bağlantıların gücləndirilməsi və strateji nəqliyyat dəhlizlərinin inkişaf perspektivləri nəzərdən keçirilib. Azərbaycanın regional bazarları birləşdirən nəqliyyat marşrutlarında rolu və ölkənin bu istiqamətdə təqdim etdiyi imkanlar da müzakirələrin əsas mövzuları sırasında olub.

Dialoq çərçivəsində keçirilən üç panel sessiyası müasir iqtisadiyyatın əsasını təşkil edən infrastrukturun inkişafında uzunmüddətli institusional kapitalın və dövlət-özəl sektor əməkdaşlığının əhəmiyyətini ön plana çıxarıb.

Azərbaycanın dövlət rəsmiləri ilə beynəlxalq investisiya institutlarının, infrastruktur şirkətlərinin və qlobal biznesin rəhbər nümayəndələrini bir araya gətirən tədbir investisiya prioritetləri, bazardakı yeni tendensiyalar və infrastrukturun inkişaf perspektivləri üzrə fikir və təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayıb.

Aparılan müzakirələr Azərbaycanın infrastruktur sahəsində prioritetlərini qlobal investisiya prosesləri ilə əlaqəli şəkildə nəzərdən keçirməyə, eyni zamanda ölkənin regional bağlantıların və nəqliyyat əlaqələrinin gücləndirilməsində rolunu diqqətə çatdırmağa imkan verib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Böyük Britaniya səfiri Bakıdakı "Formula 1" yarışında medianın fəaliyyəti ilə tanış olub

News thumbnail
siyaset

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

News thumbnail
siyaset

Flora Kərimova nazirlərə müraciət etdi

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

İqor Yakovenko: Azərbaycan yeni investisiya layihələri üçün investorların marağını cəlb edir

Bugün, 13:44
News thumbnail
Bugün
iqtisadiyyat

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Bugün, 13:42
News thumbnail
Bugün
idman

Antonelli Bakıdakı şənbə yarışında vəziyyəti düzəldəcəyinə ümid edir

Bugün, 13:40
News thumbnail
Bugün
dunya

Anna Soave: Azərbaycanda turizmin inkişafı üçün böyük potensiala malik yüzlərlə məkan var

Bugün, 13:38

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

Hasil Abbasov: "İnsan kapitalının inkişafı Azərbaycanın əsas prioriteti olaraq qalır"

Bugün, 13:34
News thumbnail
Bugün
siyaset

Flora Kərimova nazirlərə müraciət etdi

Bugün, 13:33
News thumbnail
Bugün
iqtisadiyyat

AIIF 2026-da Azərbaycanda yeni investisiya istiqamətləri ilə bağlı sessiya baş tutub

Bugün, 13:32
News thumbnail
Bugün
dunya

Qulu Ağsəsin şeiri ABŞ-də dərc edildi

Bugün, 13:30
News thumbnail
Bugün
siyaset

Baş nazir Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb

Bugün, 13:27
News thumbnail
Bugün
iqtisadiyyat

“Zhonglun W&D Law Firm”: Çin Azərbaycanın etibarlı və strateji tərəfdaşıdır

Bugün, 13:24
News thumbnail
siyaset

Baş nazir Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb

News thumbnail
siyaset

AIIF 2026 çərçivəsində qala gecəsi təşkil edilib