Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
2027-2030-cu illərdə dövlət büdcəsi hansı istiqamətlərd...--:--
News
Sabirabadda baş verən qəzada ölən və yaralanan var--:--
News
I Naxçıvan Beynəlxalq Tibb Günlərinə start verilib--:--
News
Qazaxıstanda matəm elan edildi--:--
News
Rutte: NATO ölkələri Kiyevə təhlükəsizlik zəmanətləri v...--:--
News
2027-2030-cu illərdə dövlət büdcəsi hansı istiqamətlərd...--:--
News
Sabirabadda baş verən qəzada ölən və yaralanan var--:--
News
I Naxçıvan Beynəlxalq Tibb Günlərinə start verilib--:--
News
Qazaxıstanda matəm elan edildi--:--
News
Rutte: NATO ölkələri Kiyevə təhlükəsizlik zəmanətləri v...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Babək rayonunun Xalxal sahəsində geoloji tədqiqatlar aparılır

Bugün, 17:27
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Naxçıvanın Babək rayonunun Xalxal sahəsində dağ qazmaları, buruq quyuları və kompleks sınaqlaşdırma işləri ilə müşayiət olunan geoloji tədqiqatlar davam etdirilir.

Bunu "Hüquqinfo.az"un yerli bürosuna açıqlamasında Naxçıvan Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyəti sədrinin müavini İlkin Tahirov bildirib.

Onun sözlərinə görə, 2025–2026-cı illərdə isə Babək rayonunun Xalxal sahəsində qara, əlvan və nəcib metallar üzrə geoloji qiymətləndirmə işlərinə başlanılıb: "Hazırda burada yerüstü dağ qazmaları, buruq quyuları və kompleks sınaqlaşdırma işləri ilə müşayiət olunan geoloji tədqiqatlar davam etdirilir".

İ.Tahirov qeyd edib ki, 2027–2030-cu illəri əhatə edən "Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"nda Naxçıvan Muxtar Respublikasının mineral xammal potensialının müasir elmi yanaşmalar əsasında öyrənilməsi əsas hədəflərdən biri kimi müəyyənləşdirilib: "Proqram çərçivəsində 2027-ci ildən etibarən muxtar respublika ərazisində mövcud mineral xammal ehtiyatlarının hesablanması, faydalı qazıntı yataqlarının və perspektivli sahələrin müasir geoloji, geokimyəvi, geofiziki və rəqəmsal texnologiyalar vasitəsilə tədqiqi nəzərdə tutulur. Yataqlar barədə məlumatların vahid və sistemli məlumat bazasında toplanması da əsas vəzifələr sırasındadır".

O bildirib ki, əldə olunacaq məlumatlar əsasında mineral xammal ehtiyatlarının və gələcəkdə öyrəniləcək yataqların resurslarının daha dəqiq qiymətləndirilməsi, onların iqtisadi dövriyyəyə cəlb edilməsi, həmçinin hasilatdan emala qədər bütün mərhələləri əhatə edən sənaye zəncirinin formalaşdırılması mümkün olacaq: "Naxçıvan Muxtar Respublikasının 2023–2027-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda da mineral xammal ehtiyatlarının öyrənilməsi və qiymətləndirilməsi ilə bağlı mühüm tədbirlər nəzərdə tutulub. Bu istiqamətlərdən biri filiz və qeyri-filiz yataqlarının beynəlxalq qiymətləndiricilərin iştirakı ilə qiymətləndirilməsi və investisiya üçün açılmasıdır. Bununla əlaqədar 2024-cü ildə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi arasında müqavilə imzalanıb".

İdarə Heyəti sədrinin müavini əlavə edib ki, müqavilə çərçivəsində "Parağaçay" molibden, "Qapıcıq" molibden və "Gümüşlü" polimetal yataqlarında geoloji tədqiqat işlərinə başlanılıb: "Layihə üzrə ümumilikdə 3 min 800 paqometr həcmində buruq qazma işləri aparılıb, 4 mindən çox sınaqlaşdırma həyata keçirilib. Aparılan tədqiqatların nəticələrinə əsasən, hər üç yatağın perspektivli olduğu müəyyənləşdirilib. Növbəti mərhələdə daha dəqiq geoloji-kəşfiyyat işlərinin aparılması və yataqlardakı resursların tam və dəqiq hesablanması nəzərdə tutulur. Dövlət Proqramında digər mühüm istiqamət qara, əlvan və nəcib metalların axtarışı və qiymətləndirilməsidir. Bu məqsədlə 2023–2024-cü illərdə Ordubad rayonunun Nəsirvaz-Ağdərə sahəsində kompleks geoloji tədqiqat işləri aparılıb. Naxçıvanda son dövrlərdə kəşf olunan və ehtiyatları hesablanan mühüm yataqlardan biri də Ortakənd qızıl yatağıdır. "AzərGold" QSC tərəfindən yataqda kompleks geoloji-kəşfiyyat işləri aparılıb. Hesablamalara əsasən, yataqda 246 min unsiya çıxarıla bilən qızıl ehtiyatı müəyyənləşdirilib. Layihənin ümumi iqtisadi dəyərinin isə 1,8 milyard manat həcmində qiymətləndirilir".

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Qazaxıstanda matəm elan edildi

News thumbnail
iqtisadiyyat

Qazaxıstanda hərbçilərin həlak olması ilə əlaqədar sentyabrın 25-i matəm elan edilib

News thumbnail
iqtisadiyyat

ADEX 2026: Türkiyə 61 şirkətlə təmsil olunacaq

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

ADEX 2026: Türkiyə 61 şirkətlə təmsil olunacaq

Bugün, 18:11
News thumbnail
Bugün
dunya

Ukraynaya əsgər göndərə bilərlər

Bugün, 18:10
News thumbnail
Bugün
siyaset

Azərbaycan ilə Moldova arasında əməkdaşlıq müzakirə edilib

Bugün, 18:08
News thumbnail
Bugün
siyaset

Gürcüstan XİN rəsmisi: Azərbaycan-Ermənistan sülh prosesi regional sabitliyin təminatında mühüm addımdır

Bugün, 18:05

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Putin Fransadakı səfiri vəzifəsindən azad edib

Bugün, 18:05
News thumbnail
Bugün
dunya

Türkiyə Katza cavab verdi: Yersiz və əsassız!

Bugün, 18:03
News thumbnail
Bugün
idman

Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir

Bugün, 18:00
News thumbnail
Bugün
son xeberler

Sürəti sevənlərin

Bugün, 17:56
News thumbnail
Bugün
son xeberler

Formula 1-dən rəngli

Bugün, 17:56
News thumbnail
Bugün
siyaset

Əraqçi ilə Sibiqa Xəzər dənizində İran gəmisinə hücumu müzakirə ediblər

Bugün, 17:54
News thumbnail
iqtisadiyyat

Azərbaycan və Özbəkistan təxminən 400 milyon dollarlıq investisiya layihələrinə start verib

News thumbnail
iqtisadiyyat

“Atəşgah” Sığorta 8 ayda 28,3 milyon manat sığorta ödənişi həyata keçirib