Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Qazaxıstan MN-in 5 vəzifəli şəxsi Xəzərdə hərbçilərin ö...--:--
News
“Məkkə sazişi” ölkələrinin xarici işlər nazirləri görüş...--:--
News
Özbəkistan Zəngəzur dəhlizinin inkişafına pul qoymaq is...--:--
News
Mikayıl Cabbarov: "Azərbaycan daxili bazarla məhdudlaşa...--:--
News
Si Cinpinlə görüşdə Baydeni lağlağıya qoydu--:--
News
Qazaxıstan MN-in 5 vəzifəli şəxsi Xəzərdə hərbçilərin ö...--:--
News
“Məkkə sazişi” ölkələrinin xarici işlər nazirləri görüş...--:--
News
Özbəkistan Zəngəzur dəhlizinin inkişafına pul qoymaq is...--:--
News
Mikayıl Cabbarov: "Azərbaycan daxili bazarla məhdudlaşa...--:--
News
Si Cinpinlə görüşdə Baydeni lağlağıya qoydu--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Balaxanı neftçilərinin hər gün yaşatdığı “Anım Günü”

Bugün, 11:40
News thumbnail

Hüquqinfo.az bildirir ki,

“Balakhani Operating Company LTD”-nin (BOC) Sabunçu rayonunda yerləşən baş qərargah binası sanki tarixin kiçik qapısıdır. Hələ orta əsrlərdən yerli əhalisi müxtəlif yollarla neft çıxardığı Balaxanı mədənlərində bu gün çalışanlar binaya girəndə XIX əsrin sonunun neft bumu ab-havasına bürünürlər.

Lakin darvazadan girəndə onları qarşılayan ilk mənzərə məhz müstəqil Azərbaycanın ilk illərinin nişanəsidir. 1994-cü ildə neftçilərin təşəbbüsü ilə onların 1-ci Qarabağ Müharibəsində şəhid olan həmkarlarının xatirəsi əbədiləşdirilib.

Qarşısında mütəmadi tər çiçəklər düzülən abidə divarından baxan simalardan biri də Novruz Səlimovdur. O, baş leytenant olaraq könüllü şəkildə Vətəni müdafiə etməyə yollanıb, Füzuli uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur.

35 yaşının 13 ilini Balaxanı neft mədənlərində çalışan Novruz Səlimov və onun şəhid yoldaşlarının xatirəsi burada tək “Anım Günü”ndə deyil, onun peşəkar yolunu davam etdirən ailə üzvləri hər gün işə gələndə yaşayır.

Novruz Səlimov şəhidlik zirvəsinə qovuşanda qızı Nigar cəmi 40 günlük idi. O deyir: “Mənə danışılanlara görə, atam savadlı, vətənpərvər və həmkarları ilə səmimi münasibət quran olub. Mənimlə bağlı da böyük arzuları olub. Təəssüf ki, məni görmək ona qismət olmayıb. Lakin anamın dediyinə görə adımı özü seçib.”

Bu gün Nigar Səlimova “Balakhani Operating Company LTD”də mühəndis texnoloq kimi çalışır. Anası da burada mərkəzi anbarın əməkdaşıdır. Səlimovlar ailəsi “Balakhani Operating Company LTD”-nin əməkdaşları arasında olan 400-ə yaxın şəhid və qazi ailə üzvləri arasındadır.

“Atam uzun illər burada 3cü mədəndə çalışıb. Onun əməyinin izlərini yaşatmaq mənim üçün qürurvericidir. Vaxtilə çalışdığı yerdə anamın və mənim işləməyim bizim üçün xüsusi məna daşıyır”, deyir Nigar: “Onun məzun olduğu AZİ, hazırda ADNSU-nun tələbəsiyəm. BOC prezidenti Rövşən Rzayev şəhid və qazi ailələrinə hər zaman böyük ehtiram və qayğı ilə yanaşdığı kimi, təhsil məsələlərində də kömək edir- atamın getdiyi neftçi yolunu davam etdirməkdə bizə dəstək göstərir. Bu yolda irəliləmək mənim üçün böyük məsuliyyətdir”.

Beləliklə, “Anım Günü” Nigar üçün tək 27 sentyabr deyil, Balaxanıda hasilatla məşğul olduğu hər gündə yaşayır və bir də…son döyüşə yollanmamışdan əvvəl atasının anasına “mənim üçün darıxsan Məmmədbağırın mahnısını dinlə” miras qoyduğu “Xatırlayarsan məni” melodiyasında.

Ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla anırıq.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Qazaxıstan MN-in 5 vəzifəli şəxsi Xəzərdə hərbçilərin ölümünə görə saxlanılıb

News thumbnail
iqtisadiyyat

Özbəkistan Zəngəzur dəhlizinin inkişafına pul qoymaq istəyir

News thumbnail
iqtisadiyyat

Mikayıl Cabbarov: "Azərbaycan daxili bazarla məhdudlaşa bilməz"

Populyar Xəbərlər

News thumbnail
Bugün
dunya

BMT-dəki köhnə kreslolar gündəm oldu

Bugün, 12:25
News thumbnail
Bugün
siyaset

Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək

Bugün, 12:24
News thumbnail
Bugün
cemiyyet

Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı təşkil edildi

Bugün, 12:22
News thumbnail
Bugün
siyaset

Pakistanlı nazir: Şimal-Cənub avtomobil yolunun təxminən üç ilə tamamlanması planlaşdırılır

Bugün, 12:20

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Bugün, 12:20
News thumbnail
Bugün
siyaset

“Bu, asan tapşırıq deyil, çox çətindir”

Bugün, 12:20
News thumbnail
Bugün
siyaset

“Bu, asan bir tapşırıq deyil, çox çətindir”

Bugün, 12:20
News thumbnail
Bugün
iqtisadiyyat

Mikayıl Cabbarov: "Yüksək enerji qiymətlərinə baxmayaraq ARDNF-dən büdcəyə transfert azaldılır"

Bugün, 12:19
News thumbnail
Bugün
siyaset

İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib

Bugün, 12:17
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycan GAI reytinqində makroiqtisadi dinamika üzrə dünya liderləri sırasına daxil olub

Bugün, 12:15
News thumbnail
iqtisadiyyat

Mikayıl Cabbarov: "Yüksək enerji qiymətlərinə baxmayaraq ARDNF-dən büdcəyə transfert azaldılır"

News thumbnail
iqtisadiyyat

Azərbaycan GAI reytinqində makroiqtisadi dinamika üzrə dünya liderləri sırasına daxil olub