
Hüquqinfo.az bildirir ki,
Bakı Ali Neft Məktəbinin məzunu Əli Məhərrəmlinin daxil olduğu 2 nəfərlik komanda Çinin Şanxay şəhərində keçirilən “WorldSkills Shanghai 2026” – 48-ci Dünya Bacarıqlar Yarışında Azərbaycanı uğurla təmsil edib.
“Hüquqinfo.az” xəbər verir ki, Əli Məhərrəmli beynəlxalq yarışda kibertəhlükəsizlik bacarığı üzrə “Medal of Excellence” mükafatına layiq görülüb.
O, 2020-ci ildə Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına olimpiada qalibi kimi qəbul olub. Hazırda isə Dövlət Proqramı çərçivəsində ABŞ-nin Karnegi Mellon Universitetində İnformasiya təhlükəsizliyi ixtisası üzrə magistratura təhsili alır.










