Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Azərbaycan Gürcüstandan qoyun və keçi alışına çəkdiyi x...--:--
News
Toğrul Xəlilov bu mərkəzə direktor təyin edildi--:--
News
Dubay Əmirinin qardaşı dəfn edildi--:--
News
Döyüşdəki üstünlüyü siyasi qazanca çevirmək... - Qaliba...--:--
News
Rəşad Eyubov: "Nəriman Axundzadə şəxsi ambisiyalarını k...--:--
News
Azərbaycan Gürcüstandan qoyun və keçi alışına çəkdiyi x...--:--
News
Toğrul Xəlilov bu mərkəzə direktor təyin edildi--:--
News
Dubay Əmirinin qardaşı dəfn edildi--:--
News
Döyüşdəki üstünlüyü siyasi qazanca çevirmək... - Qaliba...--:--
News
Rəşad Eyubov: "Nəriman Axundzadə şəxsi ambisiyalarını k...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Gələn il Bolqarıstanda Orta Dəhliz üzrə liderlərin sammiti keçiriləcək - EKSKLÜZİV

Bugün, 15:40
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Avropa İttifaqı (Aİ) və Bolqarıstan 2027-ci ilin birinci yarısında regional bağlantı məsələlərinə dair liderlərin ilk sammitini keçirəcək ki, bu da Aİ-nin Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında Orta Dəhlizin inkişafı üzrə müxtəlif iş istiqamətlərini birləşdirəcək.

Bu barədə "Hüquqinfo.az"un Avropa bürosuna Avropa Komissiyasının rəsmi nümayəndəsi Giyom Mersye bildirib.

G.Mersye qeyd edib ki, bu, bağlantı üzrə bu formatda ilk tədbir olacaq və o, layihəni zəruri olan yüksək səviyyəli siyasi dəstəklə təmin etməlidir:

"Liderlərin sammiti Orta Dəhliz üçün zəruri olan yüksək səviyyəli siyasi dəstəyi təmin edəcək. Regiondakı strateji mövqeyini nəzərə alaraq, Bolqarıstan bütün tərəfdaşları bir masa arxasında toplamaq məqsədilə ilk belə tədbirə ev sahibliyi edəcək".

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sentyabrın 16-da Avropa Parlamentində Aİ-dəki vəziyyətlə bağlı çıxışında Bolqarıstanın Baş naziri Rumen Radev ilə birlikdə bağlantı məsələlərinə dair regional sammitin keçiriləcəyini elan edib.

Ursula Fon der Lyayen Orta Dəhlizi Cənubi Qafqaz və Mərkəzi Asiyanı birbaşa Avropa bazarı ilə əlaqələndirməli olan Aİ-nin yeni beynəlxalq layihəsi kimi təqdim edib.

Avropa İttifaqı "Global Gateway" investisiya strategiyası vasitəsilə bu istiqamətin inkişafı üçün 12 milyard avroyadək dövlət və özəl investisiyaları səfərbər etmək niyyətindədir.

"Məqsədimiz marşrutları şaxələndirmək, ticarət axınlarını üçqat artırmaq və 2030-cu ilə qədər yüklərin daşınma müddətini qısaltmaqdır", - fon der Lyayen bildirib.

G.Mersye xatırladıb ki, Orta Dəhliz Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqazla birləşdirməli, daha sonra isə Türkiyə və Qara dəniz vasitəsilə Avropa bazarına çıxışı təmin etməlidir.

Avropa Komissiyasının qiymətləndirməsinə görə, marşrutun inkişafı ticarət üçün daha etibarlı və rəqabətədavamlı yolu təmin etməli, logistikanı sürətləndirməli, rəqəmsal əlaqələri yaxşılaşdırmalı və innovasiyalara, iş yerlərinin yaradılmasına və tədarük zəncirlərinin şaxələndirilməsinə töhfə verməlidir. Aİ həmçinin marşrutun inkişafını enerji təhlükəsizliyinin gücləndirilməsi ilə əlaqələndirir.

"Bu, həqiqətən də qarşılıqlı faydalı layihədir və "Global Gateway"in mahiyyəti də məhz bundan ibarətdir", - G.Mersye bildirib.

Beləliklə, Brüssel indi Orta Dəhlizi təkcə nəqliyyat marşrutu kimi yox, 2027-ci ilin birinci yarısında Bolqarıstanda ilk liderlər sammitinin keçirilməsi ilə Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında infrastruktur, rəqəmsal və ticarət bağlantısının inkişafı üzrə daha geniş təşəbbüs kimi müəyyən edir.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Azərbaycan Gürcüstandan qoyun və keçi alışına çəkdiyi xərci 24 % azaldıb

News thumbnail
iqtisadiyyat

Döyüşdəki üstünlüyü siyasi qazanca çevirmək... - Qalibaf

News thumbnail
iqtisadiyyat

"FİNKA Azərbaycan" BOKT-un istiqrazlarına 54 investor maraq göstərib

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

"FİNKA Azərbaycan" BOKT-un istiqrazlarına 54 investor maraq göstərib

Bugün, 16:12
News thumbnail
Bugün
siyaset

Prezident: Ermənistan işğal dövründə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondunu məhv edib

Bugün, 16:11
News thumbnail
Bugün
siyaset

Tahir Tağızadə Serbiya XİN-in dövlət katibi Damyan Yoviç ilə əməkdaşlığı müzakirə edib

Bugün, 16:11
News thumbnail
Bugün
idman

Azərbaycan ilə Yunanıstan arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Bugün, 16:10

Həftənin Xəbərləri

News thumbnail
Bugün
idman

Azərbaycanda bu futbol klubu ləğv olundu

Bugün, 16:08
News thumbnail
Bugün
huquq

Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi

Bugün, 16:06
News thumbnail
Bugün
dunya

Tramp ABŞ-də döyüş sursatı istehsalının artırıldığını bəyan edib

Bugün, 16:02
News thumbnail
Bugün
idman

"Qaradağ-Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur

Bugün, 16:02
News thumbnail
Bugün
cemiyyet

Aygün Kazımovanın mükəmməl görünüşünün sirri

Bugün, 16:02
News thumbnail
Bugün
huquq

Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb

Bugün, 15:58
News thumbnail
iqtisadiyyat

Füzuli Ələkbərovun şirkətləri bir milyon borca düşdü

News thumbnail
iqtisadiyyat

13 il əvvəl törədilən qətlin təfərrüatı: 100 manata görə...