Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Ukrayna Dünya Bankından 841 milyon aldı--:--
News
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı--:--
News
"Sumqayıt" basketbol klubu Kamran İmanovla müqavilənin ...--:--
News
BMT TŞ-də veto hüququ ləğv edilməlidir--:--
News
"Avtovağzal" və "Xocəsən" metrostansiyalarının qarşısın...--:--
News
Ukrayna Dünya Bankından 841 milyon aldı--:--
News
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı--:--
News
"Sumqayıt" basketbol klubu Kamran İmanovla müqavilənin ...--:--
News
BMT TŞ-də veto hüququ ləğv edilməlidir--:--
News
"Avtovağzal" və "Xocəsən" metrostansiyalarının qarşısın...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

idman

Azərbaycan ilə Yunanıstan arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Bugün, 16:10
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycan ilə Yunanıstan arasında idman sahəsində mövcud olan sıx əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və ikitərəfli tərəfdaşlıq imkanları müzakirə edilib.

MOK-un inzibati binasında Yunanıstanın Azərbaycandakı səfiri Maria Papakonstantinou ilə görüş keçirilib.

Toplantıda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov, mətbuat katibi Murad Fərzəliyev, Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinou və onun birinci müavini, birinci müşavir Ioannis Mavridis iştirak edib.

Görüşün əsas məqsədi Azərbaycan ilə Yunanıstan arasında idman sahəsində mövcud olan sıx əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və ikitərəfli tərəfdaşlıq imkanlarının müzakirəsi olub.

Çingiz Hüseynzadə qonaqları salamlayaraq, iki ölkənin Olimpiya komitələri arasında tarixi və möhkəm dostluq əlaqələrinin mövcudluğunu vurğulayıb:

"Sizinlə görüşməkdən böyük məmnunluq duyuruq. Yunanıstan Olimpiya Komitəsi ilə hər zaman çox sıx əməkdaşlıq əlaqələrimiz olub. Biz dəfələrlə Yunanıstanda səfərdə olmuş, burada keçirilən Olimpiya Oyunlarında iştirak etmişik. Bu gün də münasibətlərimiz yüksək səviyyədə davam edir. Avropa Olimpiya Hərəkatına məhz Yunanıstanın nümayəndəsi, bizim yaxın dostumuz Spiros Kapralos rəhbərlik edir. O, dəfələrlə Azərbaycanda səfərdə olub və biz onunla çox görüşmüşük".

Daha sonra çıxış edən Maria Papakonstantinou səmimi qəbula görə minnətdarlığını bildirərək, Olimpiya Hərəkatının vətəni olan Yunanıstanın Azərbaycanla idman sahəsində əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb:

"Afina Olimpiya Oyunlarında Azərbaycan idmançısının qızıl medal qazanması bizim üçün unudulmaz tarixi anlardan biridir. Olimpiya çempionu Fərid Mansurovla görüşmək bizim üçün xüsusilə xoş olardı. Biz həm də Bakıya gələn bəzi komandalarımızın xahişlərini sizə çatdırmaq, idmançılarımız və komitələrimiz arasında bu cür əməkdaşlığı və birgə fəaliyyəti necə asanlaşdıra biləcəyimizi də müzakirə etmək üçün fikirlərimizi bildirmək istərdik. Bizim Bakıda Milli Güləş Komitəsinin nümayəndələrini səfirlikdə qəbul etmək imkanımız oldu. Onlar bildirdilər ki, buradakı müasir idman infrastrukturu və yaradılan yüksək şəraiti nəzərə alaraq, bizim idmançılarımızın da Bakıda təlim-məşq toplanışları keçməsini təşkil etmək faydalı olardı. Biz azərbaycanlı idmançıların Yunanıstanda, yunanıstanlı idmançıların isə Bakıda təlim-məşq toplanışları keçməsi üçün analoji şərait yaratmağa və təcrübə mübadiləsini genişləndirməyə hazırıq. Düşünürəm ki, əməkdaşlığa başlamaq üçün ortaq bir nöqtə tapmaq hər iki tərəf üçün çox faydalı olar".

MOK-un baş katibi Azər Əliyev Azərbaycan və Yunanıstan arasında idman sahəsində tərəfdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bildirib. O, federasiyalar arasında birbaşa əlaqələrin qurulmasına və birgə təşəbbüslərin həyata keçirilməsinə dəstək verməyə hazır olduqlarını vurğulayıb:

"Biz federasiyalarla sıx əlaqələrin qurulmasına dəstək ola və onları bu barədə məlumatlandıra bilərik. Çünki bu təklif bizim üçün də böyük maraq kəsb edir. Məlum olduğu kimi, Azərbaycan güləş, cüdo və taekvondo kimi təmas və döyüş idman növlərində zəngin ənənələrə və güclü idmançılara sahibdir. Yunanıstan isə öz növbəsində yüngül atletika, su idman növləri və su polosu üzrə yüksək nəticələri ilə seçilir. Düşünürəm ki, bu fərqli üstünlüklər qarşılıqlı əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır. Bu təşəbbüs bizi çox maraqlandırır və prosesin asanlaşdırılması üçün MOK olaraq üzərimizə düşən bütün dəstəyi göstərməyə hazırıq. Məlumat üçün deyim ki, 2004-cü ildə Yunanıstan prezidenti bu binanı ziyarət edib və hətta həyətdə bir ağac da əkib. Bu da Yunanıstanın bir dövlət olaraq Olimpiya Hərəkatına nə qədər böyük dəyər verdiyini və ölkəmizin Milli Olimpiya Komitəsinə olan diqqətini aydın göstərir".

Azər Əliyev çıxışında iki ölkə arasındakı ikitərəfli əlaqələrin dinamik inkişafına da toxunaraq Yunanıstanın hər zaman Azərbaycana dəstək nümayiş etdirdiyini diqqətə çatdırıb. O, xüsusilə diplomatik müstəvidə göstərilən dəstəyi yüksək qiymətləndirib:

"Yunanıstan hər zaman bizə böyük dəstək olur. Şengen vizasının əldə olunması idmançılarımız və nümayəndə heyətlərimiz üçün həmişə həssas məsələlərdən biridir. Bu baxımdan Yunanıstanın ölkəmizdəki səfirliyi bizə hər zaman ən çox kömək və yaxından dəstək göstərən diplomatik nümayəndəliklərdən biridir".

Görüşün sonunda Çingiz Hüseynzadə Maria Papakonstantinouya xatirə hədiyyəsi təqdim edib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
idman

"Sumqayıt" basketbol klubu Kamran İmanovla müqavilənin müddətini uzadıb

News thumbnail
idman

Rəşad Eyubov: "Nəriman Axundzadə şəxsi ambisiyalarını komandadan üstün tutmur"

News thumbnail
idman

Azərbaycanın güləş millilərinin məşqçiləri üçün təlim proqramı təşkil olunub

Populyar Xəbərlər

News thumbnail
Bugün
idman

Rəşad Eyubov: "Nəriman Axundzadə şəxsi ambisiyalarını komandadan üstün tutmur"

Bugün, 16:25
News thumbnail
Bugün
dunya

Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı

Bugün, 16:21
News thumbnail
Bugün
idman

Azərbaycanın güləş millilərinin məşqçiləri üçün təlim proqramı təşkil olunub

Bugün, 16:17
News thumbnail
Bugün
cemiyyet

Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq

Bugün, 16:16

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

"Birliyin gücü"nü nümayiş etdirən təlim - hədəfə doğru addım - ŞƏRH

Bugün, 16:15
News thumbnail
Bugün
siyaset

Bu ölkə prezidenti sevinir: ABŞ ordusu gəlir!

Bugün, 16:15
News thumbnail
Bugün
iqtisadiyyat

"FİNKA Azərbaycan" BOKT-un istiqrazlarına 54 investor maraq göstərib

Bugün, 16:12
News thumbnail
Bugün
siyaset

Prezident: Ermənistan işğal dövründə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondunu məhv edib

Bugün, 16:11
News thumbnail
Bugün
siyaset

Tahir Tağızadə Serbiya XİN-in dövlət katibi Damyan Yoviç ilə əməkdaşlığı müzakirə edib

Bugün, 16:11
News thumbnail
Bugün
idman

Azərbaycanda bu futbol klubu ləğv olundu

Bugün, 16:08
News thumbnail
idman

Azərbaycanda bu futbol klubu ləğv olundu

News thumbnail
idman

"Qaradağ-Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur