
Hüquqinfo.az bildirir ki,
Azərbaycanın Serbiyadakı səfiri Tahir Tağızadə bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) dövlət katibi Damyan Yoviç ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib.
"Hüquqinfo.az"un Balkan bürosu xəbər verir ki, görüşdə Serbiya ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinə diqqət çəkilib.
Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə, xüsusilə iqtisadi istiqamətdə əməkdaşlığın daha da intensivləşdirilməsinə hazır olduqlarını bildiriblər.
T.Tağızadə ilə D.Yoviç Belqrad–Bakı birbaşa aviareysinin açılmasını alqışlayıb və bu xəttin turizm sektorunun inkişafına, həmçinin iki ölkənin iş adamları arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyinə ümid etdiklərini ifadə ediblər.









