
Hüquqinfo.az bildirir ki,
Oktyabrın 5-də "Bakı Fond Birjası" QSC-də (BFB) "İnternational Leasing" ASC-nin 1 milyon manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Məlumata görə, hər birinin nominal dəyəri 50 manat olan 20 000 ədəd səhm kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Səhmlərə abunə yazılışı 30 sentyabr-2 oktyabrda həyata keçiriləcək.
Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, "International Leasing"in nizamnamə kapitalı 1 milyon manat və yaxud 2 dəfə artaraq 2 milyon manata çatacaq.








