Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələr...--:--
News
BAAU UI GreenMetric 2026 reytinqində mövqeyini yaxşılaş...--:--
News
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır--:--
News
İtaliya şirkəti Azərbaycanda plazma preparatları istehs...--:--
News
Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin...--:--
News
İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələr...--:--
News
BAAU UI GreenMetric 2026 reytinqində mövqeyini yaxşılaş...--:--
News
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır--:--
News
İtaliya şirkəti Azərbaycanda plazma preparatları istehs...--:--
News
Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

ƏSF: Əmanətlərin sığortalanmasına dair yanlış məlumatlar əhalinin bank sisteminə etimadını azalda bilər

Bugün, 18:46
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Son zamanlar bəzi media subyektlərində əmanətlərin sığortalanması mexanizminin məqsəd və funksiyalarına dair məlumatların təhrif olunmuş formada təqdim edilməsi, habelə qorunan əmanətlər üzrə illik faiz dərəcələrinin yuxarı hədləri ilə bağlı yanlış məlumatların rəsmi mövqeyə istinad edilmədən paylaşılması və ya müxtəlif ekspertlərin çıxışlarındakı yanlış məlumatların dərc edilməsi əhali arasında çaşqınlığa səbəb olmaqla yanaşı, onların bank sisteminə olan etimadının azalmasına da səbəb ola bilər.

"Bununla əlaqədar bildiririk ki, əmanətlərin sığortalanması sistemi bankda sığorta hadisəsi baş verdikdə qorunan əmanətlərin qanunla müəyyən edilmiş hədlərdə kompensasiya olunmasını təmin etməklə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını alır, həmçinin bank sisteminə inamın və maliyyə sabitliyinin qorunmasına xidmət edir", - məlumatda deyilir.

Azərbaycanda əmanətlərin sığortalanması mexanizmi "Əmanətlərin sığortalanması haqqında" Qanun ilə müəyyən edilir. Fiziki şəxslərdən əmanət cəlb etmək üçün bank lisenziyasına malik olan banklar qanunla müəyyən edilmiş qaydada Əmanətlərin Sığortalanması Fondunun məcburi iştirakçılarıdır. Sistemin maliyyə bazası (ehtiyatı) əsasən iştirakçı bankların ödədiyi sığorta haqları hesabına formalaşır.

"Mühüm bir detalı da qeyd edək ki, əmanətlərin sığortalanması sistemi sığorta hadisəsi baş vermiş bankdakı bütün əmanətlərin geri qaytarılmasını deyil, yalnız qorunan əmanətlərin qanunla müəyyən edilmiş həcmdə kompensasiya olunmasını tənzimləyir. Qorunan əmanətlərin dairəsi "Əmanətlərin sığortalanması haqqında" Qanunda nəzərdə tutulub. Məlumat üçün qeyd edilməlidir ki, hazırda milli valyutada olan qorunan əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddi 12 %, xarici valyutada isə 2,5 % təşkil edir", - ƏSF qeyd edir.

Bundan əlavə nəzərə alınmalıdır ki, qorunan əmanətlər qanunla müəyyən edilmiş qaydada Fond tərəfindən aşağıdakı hədlərdə kompensasiya olunur:

Fond xatırladır ki, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı hesablarındakı vəsaitlərin 20 000 manatadək, habelə notariusların depozit hesablarında fiziki şəxslərə məxsus vəsaitlərin tam həcmdə qorunması 2020-ci ilin dekabrında Qanuna edilmiş dəyişikliklərlə əmanətlərin sığortalanması sisteminə əlavə təminat kimi daxil edilmişdir.

Qeyd edək ki, 2020-ci ilədək sığorta hadisəsi baş vermiş banklar üzrə Fond tərəfindən 28 820 qorunan əmanətçiyə ümumilikdə 831 milyon 764 min 855,06 manat, 2020-ci ildən etibarən sığorta hadisəsi baş vermiş 6 bank üzrə isə 35 070 qorunan əmanətçiyə 898 milyon 129 min 935,33 manat məbləğində kompensasiya ödənilib.

Kompensasiyanın ödənilməsi əmanətçinin banka qarşı bütün tələblərinin avtomatik olaraq başa çatması demək deyil. Əmanətin məbləği ödənilmiş kompensasiyadan çox olduqda, qalan məbləğ üzrə əmanətçinin banka qarşı tələb hüququ saxlanılır və həmin tələblərin, o cümlədən hüquqi şəxslərin və digərlərinin banka qarşı tələblərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada bankın aktivləri hesabına ödənilməsi nəzərdə tutulur.

"Beləliklə, Əmanətlərin Sığortalanması Fondunun funksiyaları yalnız bankın ödəmə qabiliyyətini itirməsi halında qorunan əmanətçilərə kompensasiya ödənilməsi ilə məhdudlaşmır. Fondun funksiyaları sığorta haqlarının toplanması və ehtiyatların formalaşdırılmasından başlayaraq risklərin idarə olunması, Fondun vəsaitlərinin qorunması və kompensasiya ödənildikdən sonra tələb hüququnun həyata keçirilməsinədək bir-biri ilə əlaqəli mexanizmləri əhatə edir.

Bir daha bildiririk ki, müxtəlif mütəxəssislərin və iqtisadçı ekspertlərin çıxışlarında səsləndirilən yanlış və ya dəqiq olmayan məlumatların media subyektləri tərəfindən paylaşılması əhali arasında çaşqınlığa səbəb olur. Göstərilən neqativ halların baş verməməsi üçün media subyektlərinə bu tip paylaşımlardan öncə Fondun rəsmi mövqeyinin alınması tövsiyə olunur", - ƏSF qeyd edir.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

İtaliya şirkəti Azərbaycanda plazma preparatları istehsalı və tədqiqat mərkəzi qurmağı planlaşdırır

News thumbnail
iqtisadiyyat

"Beynəlxalq maliyyə əməkdaşlığı: inkişaf üçün tərəfdaşlıqların qurulması" mövzusunda sessiya təşkil olunub

News thumbnail
iqtisadiyyat

AIIF 2026 çərçivəsində "Aqrobiznes sahəsində innovasiyalar və texnoloji inkişaf" mövzusunda panel sessiya keçirilib

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

AIIF 2026 çərçivəsində "Aqrobiznes sahəsində innovasiyalar və texnoloji inkişaf" mövzusunda panel sessiya keçirilib

Bugün, 19:53
News thumbnail
Bugün
huquq

"Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi hazırlanacaq

Bugün, 19:53
News thumbnail
Bugün
huquq

Azərbaycanda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verənlər həvəsləndiriləcək

Bugün, 19:50
News thumbnail
Bugün
dunya

İranda İraqa aviabiletlərin satışı dayandırılıb

Bugün, 19:50

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Tramp həmin samitdə iştirak edəcək

Bugün, 19:50
News thumbnail
Bugün
siyaset

Ceyhun Bayramov sloveniyalı həmkarı ilə ikitərəfli gündəliyi nəzərdən keçirib

Bugün, 19:50
News thumbnail
Bugün
huquq

AK: Aİ ölkələri insan alveri və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunları icra etməyə tələsmir

Bugün, 19:49
News thumbnail
Bugün
cemiyyet

Bakıda bu yolötürücülərində yoxlamalar aparılacaq

Bugün, 19:48
News thumbnail
Bugün
son xeberler

Niyazi Əmirbəyov: "Kənd təsərrüfatında istehsal son istehlakçının tələbatına uyğun qurulmalıdır"

Bugün, 19:44
News thumbnail
Bugün
siyaset

Ceyhun Bayramov Nyu-Yorkda İqƏT-in iclasında Xankəndi Kommunikesinin icrasından danışıb

Bugün, 19:44
News thumbnail
iqtisadiyyat

Neftçalada küləyin sürəti 25 m/s-yə çatır

News thumbnail
iqtisadiyyat

Qusev: Ukrayna Azərbaycan investisiyalarının cəlb edilməsində maraqlıdır