
Hüquqinfo.az bildirir ki,
ABŞ 2024-cü maliyyə ilində Ermənistana hərbi məqsədlər üçün 8,1 milyon dollardan çox vəsait ayırıb.
Məlumata görə, 2023-cü ildə bu göstərici təxminən 16 min dollar, 2022-ci ildə isə 1,3 milyon dollar təşkil edib.
ABŞ-ın Ermənistanda Foreign Military Financing (FMF) proqramı çərçivəsində hərbi maliyyələşdirməsi 2002-ci ildə başlayıb. 2002–2024-cü illər ərzində bu proqram çərçivəsində Ermənistana ayrılan ümumi hərbi maliyyələşmənin həcmi 60 milyon dolları ötüb.
2025-ci il üçün məlumatlar açıqlanmasa da, məbləğin kəskin artımının baş verəcəyi bildirilir. Belə ki, ABŞ Dövlət Departamenti 2025-ci ilin yanvarında Ermənistanın müdafiə sektoruna FMF proqramı çərçivəsində təxminən 18 milyon dollar vəsait ayrıldığını açıqlamışdı. Bu vəsait zirehli təcili tibbi yardım maşınlarının alınması, Kibermüdafiə Əməliyyatları Mərkəzinin yaradılması və Milli Təlim Mərkəzinin imkanlarının yaxşılaşdırılması kimi layihələrə yönəldilib.









