
Hüquqinfo.az bildirir ki,
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Yerlan Koşanovu Qazaxıstan Xalq Şurasının sədri vəzifəsinə namizəd irəli sürüb.
Konstitusiya qanununa əsasən, sədr vəzifəsinə namizədləri Prezident və ya Xalq Şurası üzvlərinin ümumi sayının ən azı üçdə biri irəli sürə bilər.
Y.Koşanov 2019-2022-ci illərdə Qazaxıstan Prezidentinin Administrasiyasına rəhbərlik edib. 2022-ci ildə o, parlament Məclisinin sədri seçilib. Bu postu 2026-cı ilin iyul ayınadək tutub.










