
Hüquqinfo.az bildirir ki,
Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 2,71 milyon ABŞ dolları dəyərində 3 min 790 ton pomidor idxal edib.
"Hüquqinfo.az"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq 2,4 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana pomidor ixrac edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Bu ilin ilk 8 ayında Gürcüstan xarici ölkələrdən 15 milyon ABŞ dolları dəyərində 20 min 905 ton pomidor alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 7,4 % və 6,7 % çoxdur.
Hesabat dövründə Gürcüstan Türkiyədən 7 milyon ABŞ dolları dəyərində 9 min 759 ton, Türkmənistandan 2,2 milyon ABŞ dolları dəyərində 2 min 676 ton, Ermənistandan 1,55 milyon ABŞ dolları dəyərində 2 min 383 ton, İrandan 1,5 milyon ABŞ dolları dəyərində 2 min 249 ton pomidor alıb.










