Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Ağdamda Natiq Qasımova həsr olunan filmin təqdimatı keç...--:--
News
“Formula-1”lə əlaqədar Bakıda bəzi parklanma məntəqələr...--:--
News
Rəhbərlikdən bizə qarşı aqressiya var - Sadıqov--:--
News
Karsten Broyer NATO Hərbi Komitəsinin rəhbəri seçilib--:--
News
Kanadada avtomobili izdihamın üzərinə sürdü: yaralılar ...--:--
News
Ağdamda Natiq Qasımova həsr olunan filmin təqdimatı keç...--:--
News
“Formula-1”lə əlaqədar Bakıda bəzi parklanma məntəqələr...--:--
News
Rəhbərlikdən bizə qarşı aqressiya var - Sadıqov--:--
News
Karsten Broyer NATO Hərbi Komitəsinin rəhbəri seçilib--:--
News
Kanadada avtomobili izdihamın üzərinə sürdü: yaralılar ...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Köhnə 250 manat hərracda bu qiymətə satıldı - Video

Bugün, 19:06
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb.

Axar.az xəbər verir ki, bunu Hüquqinfo.az-a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib.

Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəfə dövriyyəyə buraxılıb.

"Əskinas dövlətin sifarişi ilə Fransa Mərkəzi Bankında çap olunub. Digər köhnə Azərbaycan əskinaslarında olduğu kimi, 250 manatlığın da dizaynını görkəmli xalçaçı rəssam Eldar Mikayılzadə hazırlayıb. Dizaynda əsasən xalça motivlərindən istifadə olunub", - deyə F.Məmmədov bildirib.

Numizmat qeyd edib ki, 250 manatlıq əskinasın ölçüləri 63x125 millimetrdir. Əskinasın ön hissəsində "Qız qalası", "Azərbaycan Milli Bankı" yazısı, nominal dəyər və seriya nömrələri əks olunub. Arxa hissədə isə milli ornamentlərlə haşiyələnmiş xalçaşəkilli çərçivənin daxilində Azərbaycan Milli Bankının təsviri yer alıb. Əskinasın əsas qoruyucu elementlərindən biri üç alovdan ibarət su nişanıdır.

"Bu əskinaslar 2006-cı ildə denominasiya aparıldıqdan sonra dövriyyədən çıxarılıb. Hazırda adi, dövriyyədə olmuş, lakin ciddi xarici qüsurları, ləkələri və qat izləri olmayan nümunələrə Bakıda təxminən 1-2 manat qiymət qoyulur. Dövriyyəyə buraxılmamış, əla vəziyyətdə olan nümunələrin qiyməti isə tələb-təklifdən asılı olaraq 4-10 manat arasında dəyişir", - deyə numizmat vurğulayıb.

F. Məmmədovun sözlərinə görə, 250 manatlıq əskinası kolleksiyaçılar üçün daha dəyərli edən əsas amillərdən biri onun vəziyyətinin yaxşı səviyyədə olması ilə yanaşı, unikal seriya nömrəsinə və ya ciddi çap xətasına malik olmasıdır.

"Kolleksiyaçılar əsasən təkrəqəmli, ikirəqəmli, radar seriyalı, aşağı seriyalı və xüsusilə də droblu prefiksə malik, ilk partiyadan olan nümunələrə üstünlük verirlər", - deyə o qeyd edib.

Numizmat eBay hərracında yaxın vaxtlarda satılan 250 manatlıq əskinası buna nümunə göstərib.

"Bu əskinas qısa müddət dövriyyədə olub. Onun əsas üstünlüyü drob prefiksə malik olması və 725-ci buraxılışdan olmasıdır. Bu, aşağı seriyalı əskinas hesab olunur və kolleksiyaçıların arzuladığı nümunələrdəndir", - F.Məmmədov bildirib.

Onun sözlərinə görə, Almaniyalı satıcının hərraca çıxardığı həmin 250 manatlıq əskinas 169 avroya, Azərbaycan valyutası ilə təxminən 329 manata satılıb.

"Əskinasın beynəlxalq sertifikasiyadan keçməsi də onun qiymətinə əlavə üstünlük verir. Məsələn, bir müddət əvvəl Bakıya dövriyyəyə buraxılmamış və PMG tərəfindən sertifikatlaşdırılmış 250 manatlıq əskinas gətirilmişdi. Həmin nümunənin qiyməti 120 manat idi", - deyə F.Məmmədov əlavə edib.

F. Məmmədov bildirib ki, köhnə 250 manatlıq əskinsların dəyərini müəyyənləşdirərkən yalnız onların yaşına deyil, vəziyyətinə, seriya nömrəsinə, çap xüsusiyyətlərinə və sertifikasiyasına da diqqət yetirmək lazımdır.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Naçkebiya: Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi Cənubi Qafqazda sabitlik üçün imkan yaradıb

News thumbnail
iqtisadiyyat

ABŞ-da “Google”, “OpenAI” və “SpaceXAI” şirkətlərinə qarşı məhkəmə iddiası qaldırılıb

News thumbnail
iqtisadiyyat

“Hörmüzdən 1 milyard barreldən çox neft daşınıb”

Populyar Xəbərlər

News thumbnail
Bugün
dunya

Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib

Bugün, 20:21
News thumbnail
Bugün
idman

Azərbaycan boksçuları Qazaxıstanda keçirilən turnirdə üç medal qazanıblar

Bugün, 20:20
News thumbnail
Bugün
huquq

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bugün, 20:17
News thumbnail
Bugün
iqtisadiyyat

“Hörmüzdən 1 milyard barreldən çox neft daşınıb”

Bugün, 20:17

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-a göndərib

Bugün, 20:15
News thumbnail
Bugün
siyaset

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda vətəndaş qəbulu keçirib

Bugün, 20:15
News thumbnail
Bugün
cemiyyet

Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bugün, 20:12
News thumbnail
Bugün
dunya

Ukraynada Ermənistanın azərbaycanlı əhalisinin tarixi haqqında kitab çap olunub

Bugün, 20:07
News thumbnail
Bugün
siyaset

ABŞ-ın sanksiya siyasəti işə yaramır, çünki... - Ulyanov

Bugün, 20:07
News thumbnail
Bugün
huquq

Badəm şərabla dolu...

Bugün, 20:05
News thumbnail
iqtisadiyyat

ABŞ-də dörd şirkət süni intellektin inkişafını ləngitməkdə ittiham edilib

News thumbnail
iqtisadiyyat

CENTCOM 1 milyard bareldən çox xam neftin Hörmüz vasitəsilə təhlükəsiz daşınmasını təmin edib