Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyas...--:--
News
Ayxan Abbasov: "Sabah yaxşı təşkilatlanmış rəqibə qarşı...--:--
News
Ukraynda Krasnodardakı zavodu vurdu--:--
News
XRİTDX əməkdaşlarının peşə bayramı münasibətilə tədbirl...--:--
News
Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı ...--:--
News
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyas...--:--
News
Ayxan Abbasov: "Sabah yaxşı təşkilatlanmış rəqibə qarşı...--:--
News
Ukraynda Krasnodardakı zavodu vurdu--:--
News
XRİTDX əməkdaşlarının peşə bayramı münasibətilə tədbirl...--:--
News
Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı ...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Levan Nikoleişvili: Azərbaycan-Ermənistan siyasi dialoqu Cənubi Qafqaz üçün yeni imkanlar yarada bilər

Bugün, 16:11
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycanla Ermənistan arasında siyasi dialoqun davam etdirilməsi Cənubi Qafqaz üçün yeni imkanlar yarada bilər.

Bunu "Hüquqinfo.az"un Gürcüstan bürosuna açıqlamasında gürcüstanlı analitik və professor, Vahid Neytral Gürcüstan Partiyasının regional katibi Levan Nikoleişvili Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın sentyabrın 24-də BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində görüşünü şərh edərkən deyib.

O xatırladıb ki, görüşdə tərəflər sülhün əhəmiyyətini, iqtisadi və nəqliyyat infrastrukturunun açılması məsələlərini, eləcə də ticarət və tranzit əlaqələrinin inkişafını müzakirə edib və birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər:

Bu cür dialoq və əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi Cənubi Qafqazın daha sabit və iqtisadi baxımdan əlaqəli regiona çevrilməsi üçün yeni imkanlar yarada bilər. Azərbaycan və Ermənistan arasında siyasi dialoqun davam etdirilməsi mühümdür".

Levan Nikoleişvili bildirib ki, Qarabağ müharibəsinin başa çatması Cənubi Qafqazda yeni geosiyasi reallığın formalaşması baxımından mühüm hadisə olub:

"Müharibənin başa çatması və sülhün bərqərar olması yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün mühüm əhəmiyyət daşıyır. Gürcüstan üçün iki qonşu ölkənin sabit vəziyyətdə olması çox vacibdir. Azərbaycan və Ermənistan arasında vəziyyətin sülh yolu ilə nizamlanması mühüm addımdır. Bundan sonra Azərbaycan-Ermənistan münasibətlərinin, xüsusilə iqtisadi əlaqələrin inkişafı üçün yeni perspektivlər yaranır. Bu, həqiqətən də irəliyə doğru atılmış mühüm addımdır".

Analitik həmçinin qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında əlaqələrin güclənməsi həm təhlükəsizlik, həm də iqtisadi inkişaf baxımından region üçün əhəmiyyətlidir:

"Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının yaranması eyni zamanda regional rəqabətin xarakterinə də təsir göstərə bilər. Bütün Qafqazda müəyyən mənada rəqabətli mühit yaranır. Lakin bu, Gürcüstan üçün yalnız bazar məsələsi deyil. Gürcüstanın öz strateji coğrafi mövqeyi, Azərbaycanın və Ermənistanın isə öz mövqeləri var", deyə o vurğulayıb.

Levan Nikoleişvili Azərbaycan, Ermənistan və Gürcüstan arasında bərabərhüquqlu, dostluq və tərəfdaşlıq münasibətlərinin qurulmasının regional iqtisadi inkişaf üçün əhəmiyyətli olduğunu da söyləyib:

"Üç Cənubi Qafqaz ölkəsi arasında əməkdaşlığın genişlənməsi gələcəkdə regionun sülh və iqtisadi əməkdaşlıq modeli kimi formalaşmasına şərait yarada bilər. Qafqaz modeli sülh üçün nümunəyə çevrilə bilər. Bu, digər regionlara da sülh və sabitliyin, iqtisadi əməkdaşlığın nə qədər vacib olduğunu göstərə bilər",

Analitik onu da əlavə edib ki, regional əməkdaşlığın inkişafı Gürcüstanın Cənubi Qafqazdakı rolunun güclənməsinə və ölkənin balanslaşdırılmış siyasət yürütməsinə əlavə imkanlar yarada bilər:

"Bütün bunlar Gürcüstanın regionda ciddi rol oynamasına, balanslaşdırılmış siyasət aparmasına, sülh və sabitliyin qorunmasına şərait yarada bilər. Təbii ki, Azərbaycan və Ermənistan olmadan bunu təsəvvür etmək çox çətindir".

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Ukraynda Krasnodardakı zavodu vurdu

News thumbnail
iqtisadiyyat

Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik"

News thumbnail
iqtisadiyyat

“Bu, ölkəmizin inkişaf strategiyasının tərkib hissəsidir”

Populyar Xəbərlər

News thumbnail
Bugün
huquq

Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş

Bugün, 16:15
News thumbnail
Bugün
iqtisadiyyat

“Bu, ölkəmizin inkişaf strategiyasının tərkib hissəsidir”

Bugün, 16:10
News thumbnail
Bugün
cemiyyet

"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb

Bugün, 16:09
News thumbnail
Bugün
siyaset

FİDE-nin yeni prezidenti tanınmış iş adamı seçildi

Bugün, 16:09

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

nazirnazir

Bugün, 16:05
News thumbnail
Bugün
dunya

Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub

Bugün, 16:02
News thumbnail
Bugün
huquq

4 gün əvvəl Bakıda qətlə yetirilən Masallı sakini ilə bağlı təfərrüatlar məlum olub

Bugün, 15:59
News thumbnail
Bugün
huquq

Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb

Bugün, 15:59
News thumbnail
Bugün
dunya

Rektor: Ankara Universitetində təhsil alan azərbaycanlı tələbələrin ixtisas seçimi balanslıdır

Bugün, 15:59
News thumbnail
Bugün
siyaset

Çin XİN: Sinin ABŞ-a səfərinin nəticələri dünyada sülhə ciddi təsir göstərəcək

Bugün, 15:54
News thumbnail
iqtisadiyyat

SOCAR ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib

News thumbnail
iqtisadiyyat

Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı