
Hüquqinfo.az bildirir ki,
Qazaxıstanlı iş adamı Timur Turlov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) yeni prezidenti seçilib.
Bildirilib ki, seçki Özbəkistanın Səmərqənd şəhərində keçirilən FİDE-nin Baş Assambleyası çərçivəsində baş tutub.
Qeyd edək ki, 38 yaşlı Timur Turlov 2022-ci ilə qədər Rusiya vətəndaşı olub. Daha sonra o, Rusiya pasportundan imtina edərək Qazaxıstan, həmçinin Sent-Kits və Nevis vətəndaşlığını qəbul edib.




