Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Ağdam istehsal və investisiyaların yeni ünvanına çevril...--:--
News
Sürücülük Hüququnuz Qanunsuz Şəkildə İstismar Oluna Bil...--:--
News
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib--:--
News
Ermənistan rəsmisi elə gəldiyi gün Bakını tərk edib--:--
News
Tramp Hikmət Hacıyevin "Newsmax" nəşrinə müsahibəsini p...--:--
News
Ağdam istehsal və investisiyaların yeni ünvanına çevril...--:--
News
Sürücülük Hüququnuz Qanunsuz Şəkildə İstismar Oluna Bil...--:--
News
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib--:--
News
Ermənistan rəsmisi elə gəldiyi gün Bakını tərk edib--:--
News
Tramp Hikmət Hacıyevin "Newsmax" nəşrinə müsahibəsini p...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

“Maaşımı karta az köçürürdülər, indi yeganə gəlirimdən də oldum”

Bugün, 09:55
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Bu şikayətlə “Hüquqinfo.az”ya Şirvan Peşə Liseyində istehsalat üzrə menecer vəzifəsində çalışan Nuridə Muradova müraciət edib.

42 yaşlı N.Muradova bildirib ki, o, 2006-cı ildən Şirvan Peşə Liseyində çalışır: “Əvvəllər yarımştat laborant kimi fəaliyyət göstərirdim. Daha sonra liseyin həmin dönəmdə çalışan direktoru bu ixtisasın ixtisar ediləcəyini və məni işdən çıxaracağını demişdi. Lakin o vaxt bu qərara Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi etiraz etdiyi üçün işimdə qalmışdım.

Bir müddət sonra mənə istehsalat üzrə menecer vəzifəsi təklif edildi. Bu vəzifənin gələcək karyeram üçün perspektivli olduğunu dedilər. Həmin vaxt mən də daxil olmaqla, çoxsaylı müəllim, usta, texniki və inzibati işçilər işə qəbul edildi, onların bir qismi ilə müddətli əmək müqaviləsi bağlandı. Ancaq əmək müqaviləmin vaxtı bitməmiş Agentlikdən dedilər ki, istehsalat üzrə menecer vəzifəsi peşə liseyinin fəaliyyətinə uyğun deyil və liseydə istehsalat sahəsi yoxdur”.

Vətəndaş düşünür ki, bu qərarın verilməsi üçün əsaslı səbəb yoxdur: “Həmin ixtisas necə ləğv edilə bilər? Liseydə istehsalatla bağlı dərslər keçirilir və tələbələr müxtəlif məhsullar, o cümlədən, gil qabları, bayraqlar və xalatlar hazırlayır. Artıq ayın 15-dən xitam ərizəsi göndərilib. Bu problemlərin həll edilməsini istəyirəm və yeganə gəlir mənbəyimin lisey olduğunu vurğulayaraq xahiş edirəm ki, əmək müqaviləmin müddəti uzadılsın”.

N.Muradova, həmçinin iddia edir ki, işlədiyi müddətdə tutulmalardan sonra əməkhaqqı 470 manat olduğu halda kartına daha az məbləğ köçürülüb.

Mövzu ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, məsələ araşdırılıb: “Nuridə Muradova ilə bağlanılmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən xitam verildiyi müəyyən olunub.

Vətəndaşın müraciətində qeyd etdiyi ikinci məsələ olan əməkhaqqı ödənişlərinin natamam həyata keçirilməsi ilə bağlı iddialara münasibətdə isə bildiririk ki, məsələ ilə əlaqədar müəssisə rəhbərliyindən şifahi izahat tələb edilib, sözügedən iddiaların həqiqəti əks etdirmədiyi, əməkhaqqının hesablanması və ödənilməsi zamanı hər hansı uyğunsuzluğun olmadığı bildirilib”.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir

News thumbnail
iqtisadiyyat

Bu il 124 mindən çox pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib

News thumbnail
iqtisadiyyat

Dağ-mədən və metallurgiya sənayesində illik ixracın dəyəri 2 milyard dollara çatdırılacaq

Populyar Xəbərlər

News thumbnail
Bugün
son xeberler

Erməni rəsmi elə gəldiyi gün Bakını tərk edib

Bugün, 10:20
News thumbnail
Bugün
siyaset

Səfərbərlik Xidməti Bərdədə gənclər üçün tədbir keçirib - FOTO

Bugün, 10:20
News thumbnail
Bugün
siyaset

Yük maşını yanıb kül oldu

Bugün, 10:20
News thumbnail
Bugün
siyaset

Tramp Hikmət Hacıyevin "Nyusmaks"a müsahibəsini paylaşdı

Bugün, 10:20

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Səfərbərlik Xidməti Bərdədə gənclər üçün tədbir keçirib

Bugün, 10:20
News thumbnail
Bugün
siyaset

Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq

Bugün, 10:18
News thumbnail
Bugün
siyaset

Prezident daha bir dövlət proqramını təsdiqlədi

Bugün, 10:18
News thumbnail
Bugün
siyaset

Azərbaycanda geoloji kəşfiyyat aparılan ərazilər 15 000 km²-ə çatdırılacaq

Bugün, 10:17
News thumbnail
Bugün
siyaset

Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşıb

Bugün, 10:15
News thumbnail
Bugün
huquq

“Qeyrətin çatırsa, vur” deyən arvadını bıçaqlamışdı

Bugün, 10:15
News thumbnail
iqtisadiyyat

Bakı–Qazax yolunda maşın kanala aşıb, xəsarət alan var - FOTO

News thumbnail
iqtisadiyyat

Ev şəraitində hazırlanan qidalara sertifikat tələbi olacaq?