Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
“Həkim səhlənkarlığı ucbatından bu günə qaldım”--:--
News
Rusiyalı məşhur reper xidmətçiləri güllələdi--:--
News
Azərbaycanda pul baratları üzrə müsbət saldo 750 mln. d...--:--
News
İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib--:--
News
İndoneziya sahillərində qəzada ölənlərin sayı 20-yə çat...--:--
News
“Həkim səhlənkarlığı ucbatından bu günə qaldım”--:--
News
Rusiyalı məşhur reper xidmətçiləri güllələdi--:--
News
Azərbaycanda pul baratları üzrə müsbət saldo 750 mln. d...--:--
News
İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib--:--
News
İndoneziya sahillərində qəzada ölənlərin sayı 20-yə çat...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

huquq

“Qeyrətin çatırsa, vur” deyən arvadını bıçaqlamışdı

Bugün, 10:15
News thumbnail

Hüquqinfo.az bildirir ki,

“Hüquqinfo.az” xəbər verir ki, 1988-ci il təvəllüdlü Zamiq İsgəndərova (şərti ad) açılmış cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb.

Məlum olub ki, hadisə günü Z.İsgəndərov işlədiyi “Tos Oil” yanacaqdoldurma məntəqəsində gecə növbəsindən çıxaraq evə gəlib. O, evə daxil olduqda arvadının yataq otağında uzandığını və süfrə açmadığını görüb.

Z.İsgəndərov həyat yoldaşına niyə süfrə açmadığını dedikdə “get özün hazırla”, - cavabını alıb. Nəticədə qanlı cinayət baş verib.

Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs ərini əsəbiləşdirdiyini etiraf edib və ona cəza təyin edilməməsini xahiş edib:

“Zamiq 2014-cü ild ailə qurmuşuq, 2 övladımız var. 2 ildir Fatmayı kəndində ev alıb orada yaşayırıq. Hadisə günü əhvalım yaxşı olmadığı üçün evdə yataq otağında istirahət edirdim. Zamiq gecə növbəsindən səhər saat 09:30 radələrində evə gəlib. Uşaqlar həyətdə oynayırdı. Zamiq evə gəldikdə nə üçün səhər yeməyi hazırlamadığını soruşduqda əhvalımın yaxşı olmadığını dedim. Aramızda sözlü mübahisə yarandı və Zamiq məndən atam evinə, Gədəbəyə getməyimi istədi.

Əvvəllər də aramızda belə hallar olurdu. Atama zəng edərək “Gəlin qızınızı aparın”, - dedi. Atam da onunla telefonda razılaşdı. Daha sonra övladım Fatmayı kəndində məktəbə getdiyinə görə atamgilə getməkdən imtina etdi. Sonra Zamiq mətbəxə keçib yemək yeməyə başladı. Uşaqlara bildirdim ki, ataları ilə bir süfrədə əyləşməsinlər. Çünki ona acıqlı idim. Uşaqlara bu sözü dedikdə, Zamiq əsəbiləşdi və Mehdiabada paltar almağa getməyimi görüb icazə vermədi. Dedi heç yana getmiyəcəksən. Paltarı sabah gedib Gədəbəydə alarsan, mən isə höcətləşib gedəcəyimi bildirdim. Zamiq “getmə, getsən səni vuracam”, - deyə bildirdi.

Ona dedim ki, “Qeyrətin çatırsa, vur, mən heç kimdən zərrə qədər də qorxmuram”. Bu zaman Zmiq uşaqları həyətə oyun oynamağa göndərdi. Dediklərimi təkrar etdirdi, mətbəx mebelinin üzərində olan bıçağı götürüb qarın nahiyəmdən bir neçə dəfə vurdu. Zərbələrdən yerə yıxıldım. Zamiq bıçağı gizlətdi ki, birdən uşaqlar evə gələr, bıçağı görməsinlər.

Zamiq məni xəstəxanaya aparmaq üçün küçəyə çıxdı ki, maşın tapsın. Xəsarət alsam da, huşum yerində idi, yavaş-yavaş evin dəhlizinə çıxdım. 2-3 dəqiqəyə Zamiq evə gəldi və məni qucağında evdən çıxarıb avtomobilə mindirdi. Bu zaman uşaqlar gördü, onlar da maşına əyləşdi. Zamiq, uşaqlar və tanımadığım taksi sürücüsü ilə bir yerdə xəstəxanaya çatmaq üçün yola çıxdıq. Yolda, Mehdiabadda polislə rastlaşdıq. Həmin polisin köməyi ilə tıxaca düşmədən tez bir zamanda Sabunçu xəstəxanasına çatdıq”.

Məhkəmə tərəflərin barışmasını, övladlarını və digər halları nəzərə alaraq, Zamiq İsgəndərova şərti cəza verib. Bir neçə aydır həbsdə olan şəxs məhkəmə zalından sərbəst buraxılıb.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
huquq

Bir vəkil kollegiyadan çıxarılıb, 2 nəfərə töhmət verilib

News thumbnail
huquq

Komitə sədri: Sağlam dini mühitin formalaşmasında din xadimlərinin üzərinə mühüm məsuliyyət düşür

News thumbnail
huquq

Səfərbərliyin həbsdə olan sabiq vəzifəli şəxsi azadlığa buraxıldı

Populyar Xəbərlər

News thumbnail
Bugün
cemiyyet

Başqırdıstanda quyuda hidrogen-sulfid sızması baş verib, ölən və zərərçəkənlər var

Bugün, 11:08
News thumbnail
Bugün
huquq

Komitə sədri: Sağlam dini mühitin formalaşmasında din xadimlərinin üzərinə mühüm məsuliyyət düşür

Bugün, 11:07
News thumbnail
Bugün
siyaset

Azərbaycan dağ-mədən sənayesində tam istehsalat zəncirinin qurulmasını hədəfləyir-RƏY

Bugün, 11:06
News thumbnail
Bugün
iqtisadiyyat

AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqladı

Bugün, 11:06

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

Səfərbərliyin həbsdə olan sabiq vəzifəli şəxsi azadlığa buraxıldı

Bugün, 11:06
News thumbnail
Bugün
iqtisadiyyat

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməz saxlayıb

Bugün, 11:05
News thumbnail
Bugün
siyaset

AMB pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikini dəyişib

Bugün, 11:03
News thumbnail
Bugün
huquq

Səfərbərlik Xidmətinin həbsdə olan sabiq vəzifəli şəxsi azadlığa buraxılıb

Bugün, 11:03
News thumbnail
Bugün
idman

Serxio Peres: "Əvvəllər Bakıdakı yarışlarda yaxşı çıxış etmişəm"

Bugün, 11:02
News thumbnail
Bugün
cemiyyet

DYP-dən “Formula 1” ilə bağlı daha bir müraciət

Bugün, 11:01
News thumbnail
huquq

Səfərbərlik Xidmətinin həbsdə olan sabiq vəzifəli şəxsi azadlığa buraxılıb

News thumbnail
huquq

Yol polisi Formula-1 Azərbaycan Qran Prisi ilə əlaqədar sürücülərə müraciət edib