








Hüquqinfo.az bildirir ki,
"Hüquqinfo.az" xəbər verir ki, bunu baş ofisi ABŞ-nin Nyu-York şəhərində yerləşən makroiqtisadi məsələlər üzrə konsaltinq şirkəti - "Roubini Macro Associates"in Baş İcraçı Direktoru (CEO) Nauriel Roubini Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, 2 aprel tariflərindən və ABŞ-İran münaqişəsindən sonra belə bir hiss var ki, ABŞ istisnaçılığı (müstəsnalığı) bitib, ABŞ dollarının əsas qlobal ehtiyat valyutası kimi rolu şübhə altına düşəcək və buna görə də ABŞ-nin həddindən artıq imtiyazı yox olacaq, ABŞ fond bazarı köpük içindədir və çökəcək, ABŞ tənəzzülə uğrayacaq: "Mən bununla razılaşmıram. Gələcəyin bu sənaye sahələrinə baxsanız, ABŞ və Çin hər kəsdən öndədir - sözün əsl mənasında. Və deyərdim ki, əsas sahələrdə ABŞ Çini üstələyir. Əlbəttə ki, söhbət təkcə ABŞ və Çindən getmir. Asiyada avadanlıqlar üçün təchizat zəncirində Yaponiya, Cənubi Koreya, Tayvan, Sinqapur, Malayziya, Tailand və digər ölkələr var. İnnovatorlar arasında Hindistan və İsrail də var."
"Əlbəttə ki, inkişaf etməkdə olan bazarlara malik olan, nadir torpaq elementləri, yaşıl metallar, sənaye metalları və enerji istehsal edən ölkələr də bundan faydalanacaqlar. Çünki kapital xərclərindəki bum yüksək dərəcədə kapital, enerji və xammal tutumludur. Birləşmiş Ştatların tənəzzülə uğrayan bir dövlət olacağına mərc etməyin. ABŞ-da siyasi dəyişikliklər olacaq, aralıq seçkilər keçiriləcək, Tramp bundan sonra "topal ördək" (səlahiyyəti azalan prezident) olacaq və düşünürəm ki, ABŞ iqtisadiyyatının dinamizmi elə bir səviyyədə olacaq ki, Azərbaycanla, Çinlə, Avropa və dünyanın digər hissələri ilə birlikdə qlobal artımın hərəkətverici qüvvəsinə çevriləcək", - deyə iş adamı qeyd edib.










