










Hüquqinfo.az bildirir ki,
Azərbaycanlı iqtisadçı alim Nazim Şükürov “World Bank Group”un eksperti kimi “Business Ready 2026” layihəsinə verdiyi peşəkar töhfəyə görə təşəkkür sertifikatı ilə təltif edilib.
“Hüquqinfo.az” xəbər verir ki, “Business Ready” Dünya Bankı Qrupunun biznes mühitini mikroiqtisadi baxımdan qiymətləndirən əsas korporativ hesabatıdır.
Hesabat şirkətlərin həyat dövrü əsasında investisiya mühiti, biznesin yaradılması və inkişafı üçün normativ-hüquqi baza, dövlət xidmətlərinin səmərəliliyi, rəqabət və innovasiya imkanlarını qiymətləndirir.
Qeyd edək ki, Azərbaycan artıq ikinci dəfədir ki, “Business Ready” hesabatına daxil edilir. Hesabatda ölkəmizdə biznesin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı müvafiq indikatorlar üzrə qiymətləndirmələr və məlumatlar öz əksini tapıb.
Nazim Şükürova təqdim olunan sertifikatda onun “Business Ready 2026” layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib. Dünya Bankının “Business Ready” bölməsinin meneceri Valeria Perotti tərəfindən Nazim Şükürova ünvanlanmış məktubda bildirilib ki, onun fəaliyyəti “siyasətləri məlumatlandırmaq və mənalı dəyişikliklərə səbəb olmaq potensialına malik qabaqcıl qlobal resursun formalaşmasına” töhfə verir.
Bu təltif alimin beynəlxalq səviyyədə aparılan qiymətləndirmə prosesində ekspert kimi iştirakını və “Business Ready” layihəsinə verdiyi töhfəni təsdiqləyir.







