Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Sumqayıtdakı qəzada ölən şəxs hərbçi imiş--:--
News
Netanyahunun çıxışı zamanı zaldan çıxanlar... – Video--:--
News
İcraçı direktor: Amerika şirkətlərinin Cənubi Qafqaza m...--:--
News
Fərid Qayıbov Fidel İlli və Leonard Lulay arasında əmək...--:--
News
ABŞ Azərbaycanla müdafiə və təhlükəsizlik sahəsində əla...--:--
News
Sumqayıtdakı qəzada ölən şəxs hərbçi imiş--:--
News
Netanyahunun çıxışı zamanı zaldan çıxanlar... – Video--:--
News
İcraçı direktor: Amerika şirkətlərinin Cənubi Qafqaza m...--:--
News
Fərid Qayıbov Fidel İlli və Leonard Lulay arasında əmək...--:--
News
ABŞ Azərbaycanla müdafiə və təhlükəsizlik sahəsində əla...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Şimali Makedoniya investorları ölkədə qalmağa və yeni sərmayələr yatırmağa dəvət edib

Bugün, 13:13
News thumbnail

Hüquqinfo.az bildirir ki,

"Hüquqinfo.az" xəbər verir ki, bunu Şimali Makedoniyanın iqtisadiyyat və əmək naziri Besar Durmişi Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.

Nazirin sözlərinə görə, əsas hədəfləri Şimali Makedoniyanı investorların proqnozlaşdırıla bilənlik, inkişaf etmiş infrastruktur, bazarlara çıxış, peşəkar işçi qüvvəsi və möhkəm institusional dəstək tapa biləcəyi bir məkana çevirməkdir:

"Əsas üstünlüyümüz coğrafi mövqeyimiz və bazar potensialımızdır. Şimali Makedoniya 8-ci və 10-cu dəhlizlərin qovşağında yerləşir ki, bu da istehsal, logistika və müxtəlif bazarlara məhsul paylanması baxımından təbii imkanlar formalaşdırır. Amma bundan da əhəmiyyətlisi odur ki, Şimali Makedoniyada fəaliyyət göstərən investor yalnız daxili bazarla məhdudlaşmır. Ticarət müqavilələri şəbəkəmiz sayəsində biz 650 milyondan artıq istehlakçıya çatmaq imkanı əldə edirik. Bu isə o deməkdir ki, Şimali Makedoniyada həyata keçirilən istehsal daha geniş Avropa və regional bazara yönləndirilə bilər.

Digər mühüm üstünlük sənaye infrastrukturumuzla bağlıdır. Ölkə miqyasında 15 Texnoloji Sənaye İnkişaf Zonasının planlaşdırılması və inkişaf etdirilməsi həyata keçirilir. Bunlardan 8-i hazırda aktiv fəaliyyət göstərir, hazır infrastruktura malikdir və investorların iştirakı təmin olunub. Bu zonalar dövlət dəstəyi, vergi və gömrük güzəştləri, hazır infrastruktur və institusional yardımla investisiya üçün tam bir ekosistemi formalaşdırır.

Bu kontekstdə daha bir əhəmiyyətli məsələni qeyd etmək istərdim: dəstəyimiz investorun ölkəmizə gəlməsi ilə başa çatmır. Biz investorun gəlişindən sonra da fəaliyyətini davam etdirən "aftercare" mexanizmi qurmuşuq. Bu mexanizm çərçivəsində müvafiq qurumlar investisiya həyata keçirildikdən sonra da müəssisələrlə əməkdaşlığı davam etdirir, əməliyyat çətinliklərinin aradan qaldırılmasına, biznesin genişləndirilməsinə və gələcək investisiyalar üçün şəraitin təkmilləşdirilməsinə yardım göstərirlər".

B. Durmişin fikrincə, bu, böyük əhəmiyyət daşıyır, çünki Şimali Makedoniya investorların təkcə gəlməsini deyil, ölkədə fəaliyyətlərini davam etdirmələrini və yenidən investisiya yatırmalarını arzu edir.

"Üçüncü üstünlük avtomobil sənayesində artıq formalaşdırdığımız bazadır. Şimali Makedoniya Avropa avtomobil sənayesinin təchizat zəncirində əhəmiyyətli tərəfdaşa çevrilib, ölkədəki şirkətlər həm Avropa, həm də Türkiyə bazarlarını təmin edirlər. Hökumət olaraq bizim vəzifəmiz sahib olduğumuz bu üstünlükləri daha da proqnozlaşdırıla bilən, effektiv və rəqabətədavamlı biznes mühitinə transformasiya etməkdir. Gələcək dövrdə biz sadəcə daha çox investisiyanın cəlb edilməsini deyil, daha yüksək dəyərli investisiyaları - texnologiya və nou-hau gətirən, daha yaxşı əməkhaqqılı iş yerləri yaradan və yerli təchizat zəncirlərini möhkəmləndirən investisiyaları ölkəyə çəkmək niyyətindəyik".

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Netanyahunun çıxışı zamanı zaldan çıxanlar... – Video

News thumbnail
siyaset

AIIF 2026-də Azərbaycanın regionlar arasında strateji keçid kimi rolu müzakirə olunub

News thumbnail
siyaset

Orxan Zeynalov: "Qırmızı dənizin bağlanması Mərkəzi Dəhlizin əhəmiyyətini artırıb"

Populyar Xəbərlər

News thumbnail
Bugün
cemiyyet

“Zəngəzur dəhlizinin açılması önəmlidir”

Bugün, 13:45
News thumbnail
Bugün
dunya

Emi Karlon: ABŞ TRIPP-i geostrateji risklərin azaldılması baxımından mühüm vasitə kimi qiymətləndirir

Bugün, 13:44
News thumbnail
Bugün
siyaset

Orxan Zeynalov: "Qırmızı dənizin bağlanması Mərkəzi Dəhlizin əhəmiyyətini artırıb"

Bugün, 13:43
News thumbnail
Bugün
huquq

Valeh Ələsgərov: "Ələt Azad İqtisadi Zonasının unikal qanunvericilik bazası var"

Bugün, 13:43

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

Bu avtobusların hərəkət sxemi dəyişdirildi

Bugün, 13:43
News thumbnail
Bugün
siyaset

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycanın regionlar arasında strateji keçid kimi rolu müzakirə olunub

Bugün, 13:41
News thumbnail
Bugün
siyaset

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycanın regionlar arasında strateji keçid kimi rolu müzakirə olunub - FOTO

Bugün, 13:41
News thumbnail
Bugün
iqtisadiyyat

Emi Karlon: ABŞ Cənubi Qafqaz regionuna və Transxəzər ticarət dəhlizinə diqqətini artırır

Bugün, 13:40
News thumbnail
Bugün
siyaset

Orxan Zeynalov: "Regionlar arasındakı vaxt fərqi Azərbaycanın bərpa olunan enerji potensialını artırır"

Bugün, 13:40
News thumbnail
Bugün
huquq

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

Bugün, 13:38
News thumbnail
siyaset

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycanın regionlar arasında strateji keçid kimi rolu müzakirə olunub

News thumbnail
siyaset

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycanın regionlar arasında strateji keçid kimi rolu müzakirə olunub - FOTO