Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Səbinə Əliyeva Lənkəranda vətəndaşları qəbul edib--:--
News
ADEX 2026: Türkiyə 61 şirkətlə təmsil olunacaq--:--
News
Ukraynaya əsgər göndərə bilərlər--:--
News
Azərbaycan ilə Moldova arasında əməkdaşlıq müzakirə edi...--:--
News
Gürcüstan XİN rəsmisi: Azərbaycan-Ermənistan sülh prose...--:--
News
Səbinə Əliyeva Lənkəranda vətəndaşları qəbul edib--:--
News
ADEX 2026: Türkiyə 61 şirkətlə təmsil olunacaq--:--
News
Ukraynaya əsgər göndərə bilərlər--:--
News
Azərbaycan ilə Moldova arasında əməkdaşlıq müzakirə edi...--:--
News
Gürcüstan XİN rəsmisi: Azərbaycan-Ermənistan sülh prose...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Özbəkistanla Azərbaycan Xəzərdə donanmanın maliyyələşdirilməsi mənbələrini müəyyən edib

Bugün, 17:22
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Özbəkistan-Azərbaycan donanmasının yaradılması layihəsində "Öztemiryulkargo" SC, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) və Özbəkistan-Azərbaycan İnvestisiya Şirkəti iştirak edəcək.

Bu barədə "Hüquqinfo.az"a müsahibəsində TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi, müsahibənin hazırlandığı dövrdə həm də Özbəkistanın nəqliyyat nazirinin müavini vəzifəsini tutan Jasurbek Çoriyev bildirib.

Onun sözlərinə görə, layihədə "Öztemiryulkargo" SC - 25,5 %, AZCON Holding - 25,5 %, Özbəkistan-Azərbaycan İnvestisiya Şirkəti – 49 % paya malikdirlər:

"Azərbaycan tərəfinin təklifi ilə "Öztemiryulkargo" SC Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) ilə birgə Xəzər dənizində Özbəkistan donanmasının yaradılması layihəsinin texniki-iqtisadi əsaslandırmasını hazırlayır. Bu prosesə beynəlxalq konsaltinq şirkəti olan BCG də cəlb edilib. Azərbaycanda aparılmış danışıqların yekunlarına əsasən, layihənin maliyyələşdirmə mənbələri də artıq müəyyən edilib. Hazırda texniki-iqtisadi əsaslandırmanın ilk variantı hazırlanıb. Paralel olaraq təkrar bazarda gəmilərin satın alınması imkanı hərtərəfli araşdırılır. Xüsusilə Gürcüstanın "GIG Holding"inin təsisçisi David Bejuaşviliyə məxsus olan və yük avtonəqliyyat vasitələrinin daşınması üçün nəzərdə tutulan iki "Ro-Ro" tipli gəmidən birinin alınması imkanı nəzərdən keçirilir".

O vurğulayıb ki, gəmilərdən biri Qara dəniz hövzəsində, İstanbulun liman zonasındadır: "Azov dənizi sularında olan ikinci gəmi isə Volqa-Don gəmiçilik kanalından keçidi gözləyir. Gəmiyə baxış keçirmək və Xəzər dənizində Özbəkistan donanmasının yaradılması üzrə layihənin reallaşdırılması perspektivlərini müzakirə etmək üçün İstanbulda görüşün təşkili planlaşdırılır".

J.Çoriyevin sözlərinə görə, aparılan araşdırmalara əsasən, hazırda Bakı Gəmiqayırma Zavodunda Azərbaycanın ASCO şirkətinin sifarişi ilə üç gəmi inşa edilir: "Tanker, quru yük gəmisi və "Ro-Pax" tipli yük-sərnişin gəmisi. Tanker və "Ro-Pax" gəmisinin inşasının cari ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Daha əvvəl Özbəkistanın "Akfa Group" şirkəti və Türkiyənin "Çalik Holding"i "Al Koç Group" şirkətinin (Türkiyə) iştirakı ilə dəniz gəmilərinin satın alınmasına maraq göstərmişdi. Texniki-iqtisadi əsaslandırmaya əsasən, yeni gəminin dəyəri 50-55 milyon ABŞ dolları təşkil edir, tikinti müddəti isə üç ilə çata bilər. Tikintinin dəyərini və uzunmüddətli özünüödəmə dövrünü nəzərə alaraq, "Akfa Group" və "Çalik Holding" şirkətlərinin layihəyə olan marağı hazırda öz aktuallığını itirib".

O qeyd edib ki, bununla yanaşı, digər ölkələrin gəmilərinin Xəzəryanı ölkələrdən birində qeydiyyata alına və onun bayrağı altında üzə biləcəyini nəzərdə tutan Xəzəryanı dövlətlərin razılaşmalarını nəzərə alaraq, Azərbaycan tərəfi ilə Özbəkistan-Azərbaycan birgə müəssisəsinin yaradılması yolu ilə gəmilərin alınması layihəsinin həyata keçirilməsi barədə razılıq əldə edilib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

ADEX 2026: Türkiyə 61 şirkətlə təmsil olunacaq

News thumbnail
iqtisadiyyat

Azərbaycan və Özbəkistan təxminən 400 milyon dollarlıq investisiya layihələrinə start verib

News thumbnail
iqtisadiyyat

“Atəşgah” Sığorta 8 ayda 28,3 milyon manat sığorta ödənişi həyata keçirib

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Əraqçi ilə Sibiqa Xəzər dənizində İran gəmisinə hücumu müzakirə ediblər

Bugün, 17:54
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycan və Özbəkistan təxminən 400 milyon dollarlıq investisiya layihələrinə start verib

Bugün, 17:52
News thumbnail
Bugün
iqtisadiyyat

“Atəşgah” Sığorta 8 ayda 28,3 milyon manat sığorta ödənişi həyata keçirib

Bugün, 17:50
News thumbnail
Bugün
siyaset

Paşinyanın rus dili öyrənməsinə Rusiyadan reaksiya

Bugün, 17:50

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

Rutte NATO-nun Rusiya ilə hər hansı bir qarşıdurmadan qalib çıxacağına əmindir

Bugün, 17:45
News thumbnail
Bugün
siyaset

Ceyhun Bayramov almaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb

Bugün, 17:44
News thumbnail
Bugün
siyaset

Sabah Bakıda daha bir mühüm forum başlayacaq

Bugün, 17:44
News thumbnail
Bugün
dunya

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

Bugün, 17:40
News thumbnail
Bugün
son xeberler

DİN “Formula-1 Qatar Airways Azərbaycan Qran Pri”si ilə bağlı

Bugün, 17:35
News thumbnail
Bugün
iqtisadiyyat

Cəbrayılda kiçik biznes sahələrinə mediatur təşkil edildi

Bugün, 17:35
News thumbnail
iqtisadiyyat

Cəbrayılda kiçik biznes sahələrinə mediatur təşkil edildi

News thumbnail
iqtisadiyyat

Babək rayonunun Xalxal sahəsində geoloji tədqiqatlar aparılır