
Hüquqinfo.az bildirir ki,
"PAŞA Bank" ASC son vaxtlar sektorda baş verən konsolidasiyanı bazarda daha güclü rəqiblərin olması baxımından dəstəkləyir.
"Hüquqinfo.az" xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyev I yarımilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Bankların birləşməsini çox müsbət qiymətləndiririk. Böyük və güclü bankların formalaşması rəqabətin artması deməkdir. Bundan da müştərilər faydalanacaq. Bundan sonra da konsolidasiya olacaqsa, ancaq və ancaq şad olarıq", - deyə o qeyd edib.
"PAŞA Bank" rəsmisi onu da deyib ki, təmsil etdiyi maliyyə qurumunun hər hansı yerli və yaxud xarici bankı almaqla bağlı planı yoxdur: "Bizim Türkiyə və Gürcüstanda törəmələrimiz fəaliyyət göstərir. Hələlik bu üç ölkə arasında ticarətin maliyyələşdirilməsinə fokuslanmışıq".









