
Hüquqinfo.az bildirir ki,
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.
"Hüquqinfo.az"un məlumatına görə, kişilərdən ibarət komanda VIII turda Hindistanla heç-heçə edib - 2:2.
Qadınlar Argentinadan olan rəqibləri ilə qarşılaşıblar. Bu görüş də eyni hesabla bitib.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.









