Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Suraxanı və Abşeronda 192 pivə çəlləyində aksiz pozuntu...--:--
News
Putin IX çağırış Dövlət Dumasının ilk iclasında iştirak...--:--
News
“Allianz Trade” Azərbaycanın ölkə risk reytinqini sabit...--:--
News
EBRD-nin manatla buraxdığı istiqrazların gəlirliliyi 2 ...--:--
News
"Barselona" Holannın keçidi üçün 151 milyon avro təklif...--:--
News
Suraxanı və Abşeronda 192 pivə çəlləyində aksiz pozuntu...--:--
News
Putin IX çağırış Dövlət Dumasının ilk iclasında iştirak...--:--
News
“Allianz Trade” Azərbaycanın ölkə risk reytinqini sabit...--:--
News
EBRD-nin manatla buraxdığı istiqrazların gəlirliliyi 2 ...--:--
News
"Barselona" Holannın keçidi üçün 151 milyon avro təklif...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək

Bugün, 14:58
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib.

“Hüquqinfo.az-Economics” xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının qərarına əsasən, müştərilər bank və BOKT-lara yazılı müraciət edərək istehlak kreditinin məsafədən rəsmiləşdirilməsinə və ya kredit limitinin artırılmasına məhdudiyyət qoya biləcəklər. Bu məhdudiyyət müştərinin bankda fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası ilə etdiyi yazılı müraciət əsasında aradan qaldırıla bilər.

Banklar və BOKT-lar kredit verərkən müştərinin belə məhdudiyyət qoyub-qoymadığını öz sistemləri ilə yanaşı, kredit bürosunun informasiya sistemi vasitəsilə də yoxlamalı olacaqlar. Məhdudiyyət qoyulmuş şəxslə məsafədən istehlak krediti müqaviləsi bağlamaq və ya kredit limitini artırmaq mümkün olmayacaq.

Məhdudiyyət qoymuş şəxs sonradan məsafədən kredit götürmək və ya kredit limitini artırmaq üçün müraciət etdikdə, bank və ya BOKT müştərini bu barədə mobil tətbiq və ya SMS vasitəsilə dərhal məlumatlandıracaq.

Əlavə olaraq, yeni qaydalara əsasən, məsafədən verilən istehlak kreditlərində və ya artırılan kredit limitlərində vəsait dərhal təqdim edilməyəcək. Belə ki, gün ərzində verilən və ya artırılan vəsait minimum əmək haqqının iki mislinədək olduqda, pul müqavilə bağlandıqdan və ya dəyişiklik edildikdən 2 saat sonra veriləcək. Məbləğ minimum əmək haqqının iki mislindən çox olduqda isə vəsait 24 saat sonra təqdim olunacaq.

Bundan başqa, istehlak krediti müqaviləsində borcalanın verilmiş və ya artırılmış kredit üzrə öhdəlikdən azad edilməsi ilə bağlı müddəa da nəzərdə tutulacaq. Məsafədən rəsmiləşdirilən istehlak krediti müqavilələrində və ya kredit limitinin artırılması ilə bağlı müqavilə dəyişikliklərində borcalanın məsafədən kredit götürməyə məhdudiyyət qoyub-qoymadığı barədə məlumat da əks olunacaq.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

“Allianz Trade” Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb

News thumbnail
iqtisadiyyat

EBRD-nin manatla buraxdığı istiqrazların gəlirliliyi 2 % azalıb

News thumbnail
iqtisadiyyat

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişləri həyata keçiriləcək

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişləri həyata keçiriləcək

Bugün, 15:06
News thumbnail
Bugün
siyaset

Dilan Polad yenidən saxlanıldı

Bugün, 15:04
News thumbnail
Bugün
dunya

Türkiyənin CANİK-i Bakıda - Foto

Bugün, 14:57
News thumbnail
Bugün
iqtisadiyyat

20 min manatlıq limit sabahdan qüvvəyə minir

Bugün, 14:55

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Tokayev Putinə müraciət etdi: Hərbi əməliyyatı dondurun!

Bugün, 14:52
News thumbnail
Bugün
siyaset

RİNN və "SpaceXAI" süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Bugün, 14:50
News thumbnail
Bugün
dunya

"Channel-12": Dubay-Təl-Əviv reysinin daha bir təyyarəsi geri dönmək barədə göstəriş alıb

Bugün, 14:50
News thumbnail
Bugün
idman

Rusiyalı Avropa və dünya çempionu Matvey Kanikovski yarışlardan kənarlaşdırılıb

Bugün, 14:47
News thumbnail
Bugün
huquq

Prokuror Saleh Səmədova 9 il həbs istədi

Bugün, 14:45
News thumbnail
Bugün
dunya

Dubaydan Təl-Əvivə uçan təyyarə qəfil geri qayıtdı

Bugün, 14:40
News thumbnail
iqtisadiyyat

20 min manatlıq limit sabahdan qüvvəyə minir

News thumbnail
iqtisadiyyat

Hörmüz boğazında neft tankeri vurulub