
Hüquqinfo.az bildirir ki,
Rusiya Ukraynadakı hərbi əməliyyatları dondurmalı və sülh danışıqlarına başlamalıdır.
“Bu məsələ ilə bağlı şəxsi mövqeyimi çox yaxşı başa düşdüyünə görə Prezident Vladimir Putinə minnətdaram. Çünki hamımız – dövlət başçıları Ukrayna ərazisində hərbi əməliyyatların dayandırılmasının tərəfdarıyıq. Ukrayna xalqına, onun tarixinə, mədəniyyətinə, adət-ənənələrinə və dilinə böyük hörmətlə yanaşıram. Onu da başa düşürəm ki, müasir şəraitdə müharibəni dərhal başa çatdırmaq real deyil”, - o bildirib.
Qeyd edək ki, Tokayev iyulun sonunda Omskda keçirilən görüşdə də rusiyalı həmkarı Vladimir Putinə Ukraynada hərbi əməliyyatların dayandırılmasını təklif etmişdi:
“Bəlkə, artıq bu münaqişəni dondurmaq və İstanbul 2.0 formatına qayıtmaq lazımdır. Çünki orada əhəmiyyətli nəticələr əldə edilmişdi. Təbii ki, böyük dövlətlərin zəmanəti ilə”.









