Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Dilan Polad yenidən saxlanıldı--:--
News
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə m...--:--
News
Türkiyənin CANİK-i Bakıda - Foto--:--
News
20 min manatlıq limit sabahdan qüvvəyə minir--:--
News
Tokayev Putinə müraciət etdi: Hərbi əməliyyatı dondurun...--:--
News
Dilan Polad yenidən saxlanıldı--:--
News
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə m...--:--
News
Türkiyənin CANİK-i Bakıda - Foto--:--
News
20 min manatlıq limit sabahdan qüvvəyə minir--:--
News
Tokayev Putinə müraciət etdi: Hərbi əməliyyatı dondurun...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

RİNN və "SpaceXAI" süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Bugün, 14:50
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və "SpaceXAI" arasında süni intellekt həlləri və əlaqəli rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

"Hüquqinfo.az" nazirliyə istinadən xəbər verir ki, sənəd "SpaceXAI"ın Grok modelləri əsasında hazırlanan süni intellekt həllərinin dövlət xidmətlərində və Azərbaycanın rəqəmsal transformasiyasının digər prioritet istiqamətlərində tətbiqi imkanlarını nəzərdə tutur. Əsas məqsəd daha keyfiyyətli, əlçatan və səmərəli dövlət xidmətlərinin formalaşdırılmasıdır.

Memorandum yalnız bir tətbiq sahəsi ilə məhdudlaşmayacaq, bütün dövlət qurumlarını əhatə edəcək. Tərəflər süni intellektdən istifadə imkanlarını birgə qiymətləndirəcək, uğurlu həllərin dövlət sektorunda geniş tətbiqini nəzərdən keçirəcəklər.

Sənədin imzalanması ilə bağlı Bakıda keçirilən mərasimdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov, "SpaceXAI"ın nümayəndə heyəti – Hökumətlərlə qlobal əməkdaşlıq və Latın Amerikası regionu üzrə rəhbər Dastin Yelinek, Yaxın Şərq, Şimali Afrika və Türkiyə regionu üzrə qlobal məsələlər və bazar inkişafı rəhbəri Rim Sadek, Hökumətlərlə qlobal əməkdaşlıq bölməsinin bazara çıxış üzrə rəhbəri Nil Perkins iştirak ediblər.

R.Həsənov bildirib ki, Azərbaycan artıq süni intellektin müzakirəsindən onun tətbiqi mərhələsinə keçib və bu istiqamətdə tərəfdaşlar prosesə verə biləcəkləri töhfəyə əsasən seçilir. "SpaceXAI" qabaqcıl süni intellekt modellərinə və geniş mühəndislik imkanlarına malikdir. İmzalanan Anlaşma Memorandumu həmin imkanların dövlət qurumlarının daxili fəaliyyətindən vətəndaşların "mygov" vasitəsilə xidmətlərə çıxışınadək müxtəlif sahələrdə xidmətlərin təkmilləşdirilməsini, həmçinin belə həllərin milli rəqəmsal infrastrukturumuzda tətbiqini araşdırmaq üçün çərçivə yaradır.

Tərəflər, həmçinin yerli potensialın gücləndirilməsi, bilik və təcrübə mübadiləsi, müvafiq bacarıqların inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq barədə razılığa gəliblər. Məqsəd süni intellekt həllərinin Azərbaycanın uzunmüddətli milli rəqəmsal inkişaf hədəflərinə töhfəsini təmin etməkdir.

Əməkdaşlığın növbəti mərhələləri üzrə yol xəritəsi hazırlanacaq. Buraya pilot layihələr, texniki nümayişlər və maraqlı tərəflərlə əməkdaşlıq daxildir. Bu fəaliyyət uğurlu həllərin gələcəkdə daha geniş miqyasda tətbiqi üçün zəmin yaradacaq. Bütün əməkdaşlıq qabaqcıl təhlükəsizlik tədbirləri və müasir məlumatların mühafizəsi protokollarına uyğun olaraq həyata keçiriləcək. Hər bir konkret layihə tərəflər arasında ayrıca razılaşma əsasında reallaşdırılacaq.

Memorandum "2025–2028-ci illər üçün süni intellekt Strategiyası"nın, "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın, həmçinin Nazirliyin müasir, vətəndaşyönümlü və məlumatlara əsaslanan dövlət sektorunun formalaşdırılması istiqamətindəki fəaliyyətinin məqsədlərinə uyğundur.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Dilan Polad yenidən saxlanıldı

News thumbnail
siyaset

Tokayev Putinə müraciət etdi: Hərbi əməliyyatı dondurun!

News thumbnail
siyaset

BMT-nin 81-ci sessiyasında bu məsələlər müzakirə olundu

Populyar Xəbərlər

News thumbnail
Bugün
dunya

Rusiyadan S-400-lərlə bağlı buna icazə verdi: Türkiyədən...

Bugün, 14:36
News thumbnail
Bugün
huquq

DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib

Bugün, 14:35
News thumbnail
Bugün
cemiyyet

“Günlərdir su boş-boşuna axıb zay olur”

Bugün, 14:35
News thumbnail
Bugün
iqtisadiyyat

Hörmüz boğazında neft tankeri vurulub

Bugün, 14:32

Həftənin Xəbərləri

News thumbnail
Bugün
idman

Oyan Nəzəriani: "Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir"

Bugün, 14:31
News thumbnail
Bugün
iqtisadiyyat

Hava həyəcanı hər saat 45 milyon dollar itkiyə səbəb olur

Bugün, 14:31
News thumbnail
Bugün
iqtisadiyyat

Ombudsmanın maaşı 4 dəfə artırılaraq

Bugün, 14:27
News thumbnail
Bugün
dunya

Kreml Tokayevin Ukraynada münaqişənin dondurulması çağırışına cavab verib

Bugün, 14:25
News thumbnail
Bugün
iqtisadiyyat

Ombudsmanın maaşı 12 min manata qaldırıldı

Bugün, 14:25
News thumbnail
Bugün
iqtisadiyyat

Maliyyə Monitorinqi Xidməti ildə 20 min manatdan çox pul köçürmələrinə məlumat və sənəd tələb edəcək

Bugün, 14:18
News thumbnail
siyaset

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib

News thumbnail
siyaset

Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH