
Hüquqinfo.az bildirir ki,
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistandan dizel yanacağının Gürcüstanın Qara dənizdəki Kulevi terminalı vasitəsilə dünya bazarlarına tranziti imkanlarını nəzərdən keçirir.
Bu barədə "Hüquqinfo.az"a SOCAR-ın Beynəlxalq biznesin inkişafı departamentinin rəhbəri Toğrul Köçərli bildirib.
"Hazırda "SOCAR Trading" Özbəkistandan nafta yükləyərək Qara dəniz limanlarına çatdırır. Nəzərdən keçirilən məhsul dizeldir. Söhbət Özbəkistanda istehsal olunan dizel yanacağından gedir. Əgər razılığa gəlsək, bu məhsul da Kulevidəki terminalımız vasitəsilə ixrac olunacaq", - o deyib.








