
Hüquqinfo.az bildirir ki,
Axar.az Hüquqinfo.az-a istinadla xəbər verir ki, bunu Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əl-Şaar Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
"Bu gün etməli olduğumuz ilk şey dünya ilə yenidən əlaqə qurmaqdır. Keçmişdəki zülmkar sistem və rejim səbəbindən biz təkcə 15 il deyil, son 65 il ərzində dünya ilə hər cür əlaqədən tamamilə məhrum idik. Buna görə də yenidən əlaqələr qurmalı, proseslərə qoşulmalı, eyni zamanda ölkəmizi yenidən inşa edib bərpa etməli və varlığımızı bütün dünyaya göstərməliyik. Keçmişdə münasibətlərimiz olan, lakin sağlam olmayan bütün ölkələrlə əlaqələr qurmalıyıq".
"O, dinc, dostcanlı və açıq bir ölkədir. Biz azad bazar iqtisadiyyatındayıq. Artıq sosialist olduğumuzu və ya buna bənzər bir şeyi iddia etmirik. Yəni bütün mənzərə fərqlidir. Yenidən əlaqələr qurarkən qarşılaşdığımız çətinliklərə misal göstərmək istərdim. Cəmi bir həftə əvvəl Suriya Özbəkistanla Biznes Şurası təsis etdik. Bu gün isə Mikayıl Cabbarovla birgə Suriya-Azərbaycan Biznes Şurasının yaradıldığını elan etdik. Beləliklə, son 60 ildə itirdiyimiz dünya ilə yenidən əlaqə qurmağa başlayırıq. Bu, asan tapşırıq deyil".






