
Hüquqinfo.az bildirir ki,
ABŞ Prezidenti Donald Tramp ölkədə yeni neft emalı zavodlarının inşa edildiyini, lakin onların tikintisinin təxminən bir il çəkəcəyini açıqlayıb.
"Hüquqinfo.az"un məlumatına görə, ABŞ Prezidenti bu açıqlamanı "Fox News"un aparıcısı ilə söhbətində verib.
"Ölkənin hər yerində neft emalı zavodları tikilir. Biz 50 ildir neft emalı zavodları tikmirik, indi isə mən onları ölkənin hər yerində tikirəm. Bu, təxminən bir il çəkəcək", - Tramp ABŞ-nin cənubundakı dizel yanacağı çatışmazlığı ilə bağlı şərhində bildirib.










