
Hüquqinfo.az bildirir ki,
Üsyançı hərəkat "Çevik Reaksiya Qüvvələri"nin dronları Sudanın Əl-Cəzirə əyalətindəki Umm Aleyla neft anbarına zərbə endirib.
Bildirilib ki, obyekt Vad Medani şəhərindən təxminən 20 kilometr aralıda yerləşir. Anbarda baş verən bir sıra partlayışlar nəticəsində yanğın baş verib və neft çənləri yanıb. Hələlik itki və ya xəsarət alanlar barədə məlumat yoxdur.
Sudan Silahlı Qüvvələri hücumda iştirak edən dronlardan birinin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib. Qalan dronlar anbar ərazisinə çatmağı bacarıb.
Qeyd edək ki, Umm Aleyla mərkəzi Sudanın əsas neft anbarlarından biri hesab olunur.










