
Hüquqinfo.az bildirir ki,
"Hüquqinfo.az"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən istefasını açıqlayarkən bildirib.
"Dekabrın sonunadək prezident seçkilərinin birinci turu keçirilməlidir. Bundan əvvəl isə, bildiyiniz kimi, oktyabrın 25-də parlament seçkiləri keçiriləcək", - Vuçiç deyib.
O, istefa qərarının səbəbinə də toxunaraq, oktyabrda keçiriləcək parlament seçkilərinə adi vətəndaş kimi qatılmaq istədiyini vurğulayıb.
"Bunu niyə etdim? Prezident kimi seçkilərə gedə bilərdim. Hətta xaricdəki bir çox prezident dostlarım təəccüblə məndən soruşurdular: "Bunu niyə edirsən? Niyə vəzifədən gedirsən? Bunu heç kim indiyədək etməyib"", - Vuçiç qeyd edib.









