
Hüquqinfo.az bildirir ki,
Xaçmaz rayonunda 9 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hüquqinfo.az-nın Şimal bürosunun məlumatına görə, qəza Gəndob-Yalama avtomobil yolunun rayonun Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, əks istiqamətlərdə hərəkətdə olan “VAZ-2107” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.





