
Hüquqinfo.az bildirir ki,
2026-cı ilin sonlarına doğru proqnozlaşdırılan göstəricilərdə Dənizkənarı Bulvar İdarəsinin büdcədənkənar gəlirlərində 3 dəfəyə yaxın artım gözlənilir.
Bunu Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarov "Hüquqinfo.az" İnformasiya Agentliyi və "ARB" telekanalına geniş müsahibəsində deyib.
O qeyd edib ki, son bir neçə il ərzində Dənizkənarı Milli Parkın saxlanılması xərclərinin ümumi tutumunda Dənizkənarı Bulvar İdarəsinin gəlirlərinin payının artması ilə bağlı müəyyən tendensiya müşahidə edilir:
"Məsələn, 2023-cü ildə milli parkın saxlanması xərclərinin cəmində İdarənin gəlirlərinin payı təxminən 23 faiz idisə, hər növbəti ildə bu göstəricinin tədricən artırılması ilə bağlı ardıcıl işlər görülüb. Cari ilin göstəricilərinə uyğun olaraq ilk 8 ayda milli parkın saxlanması xərclərinin artıq 64 faizə yaxın hissəsi İdarənin bürcədənkənar gəlirlər hesabına artırılması ilə mümkün olub".
Onun sözlərinə görə, növbəti bir tendensiya Dənizkənarı Bulvar İdarəsinin büdcədənkənar gəlirlərinin artmasıdır:
"Dənizkənarı Bulvar İdarəsinin 2023-cü ildə gəlirlərin həddi təxminən 3,4 milyon manat həddində olmuşdusa, 2024-cü ildə bu göstərici təqribən 93 faiz, yəni iki dəfəyə yaxın artıb. 2026-cı ilin sonlarına doğru proqnozlaşdırılan göstəricilərdə 2023-cü ildə olan statistika ilə müqayisədə təxminən 3 dəfəyə yaxın artım gözlənilir".









