Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Antiterror əməliyyatları şəhidi Tural Cahangirov anıldı--:--
News
Selçuk Bayraktaroğlu NATO-nun toplantısına qatılıb--:--
News
İrəvanda Putinə qarşı aksiya başladı - Video--:--
News
Rusiyada ayı daha 2 nəfəri parçalayıb--:--
News
Rəşad Sadıqovdan nümunəvi davranış--:--
News
Antiterror əməliyyatları şəhidi Tural Cahangirov anıldı--:--
News
Selçuk Bayraktaroğlu NATO-nun toplantısına qatılıb--:--
News
İrəvanda Putinə qarşı aksiya başladı - Video--:--
News
Rusiyada ayı daha 2 nəfəri parçalayıb--:--
News
Rəşad Sadıqovdan nümunəvi davranış--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

“20 Sentyabrın əsas mesajı odur ki...”

Bugün, 12:12
News thumbnail

Hüquqinfo.az bildirir ki,

20 Sentyabrı yalnız antiterror əməliyyatının ildönümü kimi deyil, Prezident İlham Əliyevin dövlətçilik strategiyasının mühüm nəticəsi kimi də qiymətləndirmək olar.

“Hüquqinfo.az” xəbər verir ki,bunu “Hüquqinfo.az”a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Onun sözlərinə görə, 2023-cü il 19-20 sentyabrda həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsi oldu:

“Əməliyyat nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi və Konstitusiya quruluşu tam bərpa edildi, uzun illər Azərbaycan ərazisində mövcud olmuş separatizmə və separatçı idarəçiliyə son qoyuldu. Bu tarixi nəticənin arxasında isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin illər ərzində həyata keçirdiyi məqsədyönlü və ardıcıl dövlət siyasəti dayanırdı. İlham Əliyevin siyasi iradəsi ilə Azərbaycan əvvəlcə iqtisadi və hərbi potensialını gücləndirdi, daha sonra 2020-ci ildə ərazi bütövlüyünün böyük hissəsini bərpa etdi. Lakin dövlət başçısının müəyyən etdiyi strategiyanın əsas hədəflərindən biri Azərbaycanın bütün ərazisində suverenliyin təmin olunması idi. 2023-cü ilin sentyabrında bu məqsəd də reallaşdı”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyətli siyasi qərarı ilə Azərbaycan Ordusu qarşısına qoyulan vəzifələri qısa müddətdə yerinə yetirdi və dövlət hakimiyyətinin bütün ərazidə bərpası təmin edildi:

“Prezidentin öz çıxışında da qeyd etdiyi kimi, əvvəlki addımların hər biri sonrakı mərhələnin məntiqi davamı olub. Bu prosesin siyasi nəticəsi separatçı qurumun fəaliyyətinin dayandırılması ilə də özünü göstərdi. Beləliklə, Azərbaycan ərazisində dövlət hakimiyyətinə alternativ qanunsuz idarəçilik modelinin mövcudluğu aradan qalxdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan öz milli maraqlarını, ərazi bütövlüyünü və suveren hüquqlarını praktiki olaraq təmin etmiş oldu”.

V.Qafarov əlavə edib ki, 2020-ci il Zəfərindən 2023-cü ilədək atılan ardıcıl addımlar nəticəsində Azərbaycan əvvəlcə ərazi bütövlüyünü, daha sonra isə dövlət suverenliyini tam bərpa etdi:

“Bu, Azərbaycan dövlətinin öz milli maraqlarını qorumaq və strateji məqsədlərinə çatmaq istiqamətində siyasi iradəsinin mühüm göstəricisidir. Bu gün əsas məsələ əldə edilmiş tarixi nəticələri qorumaq və onları davamlı inkişafla möhkəmləndirməkdir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış və həmin ərazilərin ölkənin vahid inkişaf məkanına inteqrasiyası Prezident İlham Əliyevin müəyyən etdiyi dövlətçilik xəttinin növbəti mərhələləridir. 20 Sentyabrın əsas mesajı odur ki, suverenlik yalnız bərpa edilən tarixi nailiyyət deyil, hər gün qorunmalı və gələcək nəsillərə daha güclü dövlət şəklində ötürülməli milli sərvətdir”.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

İrəvanda Putinə qarşı aksiya başladı - Video

News thumbnail
siyaset

Magyarın üstünə şərab tökdülər - Video

News thumbnail
siyaset

Macarıstanın "Pakş" AES-in gücü nasazlıq səbəbindən azaldılıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
huquq

Fransada polislərlə motosikletçilərin toqquşmasından sonra beş nəfər saxlanılıb

Bugün, 13:04
News thumbnail
Bugün
dunya

NATO şərq cinahında müharibəyə hazırdır - Draqone

Bugün, 13:03
News thumbnail
Bugün
son xeberler

Almaniyanın daha iki federal torpağında seçki keçirilir

Bugün, 13:02
News thumbnail
Bugün
dunya

İran Hörmüzlə bağlı son qərarını açıqladı

Bugün, 13:00

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

Ukrayna Moskvanı “Flaminqo” ilə vurdu - Zelenski

Bugün, 12:54
News thumbnail
Bugün
siyaset

Macarıstanın "Pakş" AES-in gücü nasazlıq səbəbindən azaldılıb

Bugün, 12:51
News thumbnail
Bugün
dunya

Moskvaya hücum: 400-dən çox reys təxirə salındı

Bugün, 12:45
News thumbnail
Bugün
siyaset

“Bu dəfə “təlim”, “qayıdacağıq” demədillər, hamı gözü ilə danışırdı” — DQ-nin dövlət suverenliyindəki payı - VİDEO

Bugün, 12:42
News thumbnail
Bugün
siyaset

Arzu Nağıyev: 19-20 sentyabr antiterror əməliyyatı Azərbaycan tarixinin ən mühüm hərbi-siyasi hadisəsidir

Bugün, 12:41
News thumbnail
Bugün
dunya

Bakıya yağış, rayonlara dolu

Bugün, 12:31
News thumbnail
siyaset

“Bu dəfə “təlim”, “qayıdacağıq” demədillər, hamı gözü ilə danışırdı” — DQ-nin dövlət suverenliyindəki payı - VİDEO

News thumbnail
siyaset

Arzu Nağıyev: 19-20 sentyabr antiterror əməliyyatı Azərbaycan tarixinin ən mühüm hərbi-siyasi hadisəsidir