Hüquqinfo.az
Hüquqinfo.az — hüquq və xəbər portalı
Siyasət

AFFA-da 2027/2028 lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib | Hüquqinfo.az

15 okt, 16:19
Xəbər şəkli

Hüquqinfo.az bildirir ki,

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində 2027/2028 lisenziyalaşdırma mövsümünə həsr olunmuş açılış iclası keçirilib.

"Hüquqinfo.az" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, İclasda AFFA-nın əməkdaşları, Misli Premyer Liqası, I və II Liqa, eləcə də Qadınlar Super Liqasında çıxış edən klubların nümayəndələri iştirak ediblər.

Lisenziya və Qeydiyyat departamentinin rəisi Seymur Səlimli iclası açaraq klublara yeni lisenziyalaşdırma mövsümündə uğurlar arzulayıb.

İclasda ötən mövsümün icmalı, Lisenziya və Qeydiyyat departamentinin yenilənmiş təşkilati strukturu, rəsmi sənədlərdə və lisenziyalaşdırma qaydalarında edilən dəyişikliklər, həmçinin klubların növbəti mərhələdə atmalı olduqları addımlarla bağlı təqdimatlar keçirilib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.