Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Türmədə “lüks həyat” yaşayır--:--
News
Parlament Azərbaycanla Monqolustan arasında hava əlaqəs...--:--
News
Naxçıvanda "RehaBus" layihəsi üzrə son iki ildə əlilliy...--:--
News
MM cinayət işlərində hüquqi yardıma dair Avropa Konvens...--:--
News
Milli Məclis Avropa Konvensiyasına İkinci Əlavə Protoko...--:--
News
Türmədə “lüks həyat” yaşayır--:--
News
Parlament Azərbaycanla Monqolustan arasında hava əlaqəs...--:--
News
Naxçıvanda "RehaBus" layihəsi üzrə son iki ildə əlilliy...--:--
News
MM cinayət işlərində hüquqi yardıma dair Avropa Konvens...--:--
News
Milli Məclis Avropa Konvensiyasına İkinci Əlavə Protoko...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Azər Əmiraslanov: "İnnovativ iqtisadiyyata dövlət dəstəyi mexanizmləri təkmilləşdirilir"

Bugün, 12:31
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycanda innovativ iqtisadiyyata dövlət dəstəyi mexanizmləri təkmilləşdirilir.

"Hüquqinfo.az" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında bildirib.

Onun sözlərinə görə, ölkə Prezidentinin bununla bağlı təklifləri ölkəmizdə innovativ iqtisadiyyatın inkişafının sürətləndirilməsinin, bu sahəyə çoxşaxəli dövlət dəstəyinin göstərilməsinin və özəl investisiyaların cəlb edilməsinin stimullaşdırılmasıdır. İlkin yanaşmada sektor üzrə müəyyən edilən güzəştlər ümumi qaydada tətbiq edilirdi. Təklif edilən dəyişikliklər isə innovativ fəaliyyətə dövlət dəstəyini konkret meyarlarla, ixrac göstəriciləri və valyuta daxilolmaları ilə əlaqələndirir və yaxud şərtləndirir. Mühüm dəyişikliklərdən biri güzəştlərin tətbiq dairəsinin daha dəqiq müəyyən edilməsi və dövlət dəstəyinin konkret olaraq özəl innovativ sahibkarlığa istiqamətləndirilməsidir.

Dövlət innovativ məhsullar üçün bazarın və tələbin formalaşmasına şərait yaratmaq məqsədilə 20 %-lik satınalma güzəşti müəyyən edir və yeni redaksiyada bu imperativ, yəni məcburi norma kimi təsbit olunur. Nəhayət, yenilənmiş qanuna innovativ iqtisadiyyatın iştirakçısı olan sahibkarların hüquqlarının müdafiəsi baxımından mühüm əlavələr daxil edilir".

"Beləliklə, dövlət innovativ sahibkarlığı dəstəkləməyə davam edir, lakin bu dəstəyi şəffaf meyarlar əsasında konkret iqtisadi nəticəyə görə hədəfləyir. Bu o deməkdir ki, uzunmüddətli dövlət dəstəyi son nəticədə iqtisadiyyat üçün əlavə dəyər yaratmalı, ixracın və investisiyaların məbləğini genişləndirməli, ölkəyə valyuta daxilolmalarını artırmalı, yerli şirkətlərin xarici bazara çıxışını stimullaşdırmalıdır.

Başqa sözlə, söhbət dövlət dəstəyinin məhdudlaşdırılmasından deyil, onun daha ünvanlı və nəticəyönümlü tətbiq edilməsindən gedir. Bu baxımdan hesab edirik ki, Prezidentin təklifləri qanunun ilkin məqsədini qorumaqla onun tətbiq mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir. Bir məqamı da nəzərə almalıyıq ki, rəqəmsal və innovativ iqtisadiyyat sürətlə dəyişən sahədir və onun kompleks hüquqi tənzimlənməsi ölkəmiz üçün də nisbətən yeni təcrübədir. Yeni texnologiyalar, biznes və maliyyələşmə modelləri yarandıqca və inkişaf etdikcə tənzimləmə mexanizmlərinin, o cümlədən bu sahədə qanunvericiliyin davamlı təkmilləşdirilməsi təbii və zəruri olacaq. Əsas məsələ müvafiq hüquqi bazanın rəqəmsal və innovativ iqtisadiyyatın inkişaf tempinə uyğunlaşdırılması və yeni çağırışları çevik nəzərə almaqdır", - deyə deputat əlavə edib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Parlament Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında sazişi təsdiq edib

News thumbnail
siyaset

Milli Məclis Avropa Konvensiyasına İkinci Əlavə Protokolu təsdiq edib

News thumbnail
siyaset

Şahin Əliyev: DOST Agentliyi ictimai iştirakçıların rəyinin öyrənilməsinə böyük əhəmiyyət verir

Populyar Xəbərlər

News thumbnail
Bugün
son xeberler

"Birliyin Gücü – 2026” təlimində tapşırıqlar yerinə yetirilib - VİDEO

Bugün, 12:40
News thumbnail
Bugün
iqtisadiyyat

Bu işçilərlə bağlı gəlir vergisindən azad edilmə halları olacaq

Bugün, 12:40
News thumbnail
Bugün
siyaset

Netanyahunun ofisindən “Flydubai” ilə bağlı təcili açıqlama

Bugün, 12:39
News thumbnail
Bugün
dunya

"Axios": ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunmayıb

Bugün, 12:38

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

Onlar 20 il gəlir vergisi verməyəcək

Bugün, 12:35
News thumbnail
Bugün
cemiyyet

"Zirə"nin aşağı yaş qruplarının üzvləri üçün maarifləndirici sessiya təşkil olunub

Bugün, 12:34
News thumbnail
Bugün
iqtisadiyyat

Ordubad rayonu və Naxçıvan şəhərində qaz olmayacaq

Bugün, 12:33
News thumbnail
Bugün
dunya

Zelenski: Rusiyanın gecə hücumunun əsas hədəfi Kiyevin enerji infrastrukturu olub

Bugün, 12:31
News thumbnail
Bugün
cemiyyet

Mövsümi qripdən necə qorunaq?

Bugün, 12:30
News thumbnail
Bugün
huquq

Oğuzda narkotik dövriyyəsi ilə bağlı 3 nəfər saxlanılıb

Bugün, 12:30
News thumbnail
siyaset

Netanyahunun ofisindən “Flydubai” ilə bağlı təcili açıqlama

News thumbnail
siyaset

Azərbaycan vətəndaşlarının diplomatik, xidməti və ümumvətəndaş pasportu ilə sərbəst gedib-gəldiyi ölkələrin sayı açıqlanıb