Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Səməd Seyidov: Avropa strukturları insan haqlarını təzy...--:--
News
Rəssam Əkrəm Tağıyev vəfat edib--:--
News
Oktyabrın ilk günündə Azərbaycanda yağış yağacaq--:--
News
Şahin Əliyev: DOST Agentliyi ictimai iştirakçıların rəy...--:--
News
"Birliyin Gücü – 2026” təlimində tapşırıqlar yerinə yet...--:--
News
Səməd Seyidov: Avropa strukturları insan haqlarını təzy...--:--
News
Rəssam Əkrəm Tağıyev vəfat edib--:--
News
Oktyabrın ilk günündə Azərbaycanda yağış yağacaq--:--
News
Şahin Əliyev: DOST Agentliyi ictimai iştirakçıların rəy...--:--
News
"Birliyin Gücü – 2026” təlimində tapşırıqlar yerinə yet...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

"Zirə"nin aşağı yaş qruplarının üzvləri üçün maarifləndirici sessiya təşkil olunub

Bugün, 12:34
News thumbnail

Hüquqinfo.az bildirir ki,

AFFA-nın Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən "Zirə"nin aşağı yaş qruplarının üzvlərinə danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.

"Hüquqinfo.az" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tədbir zamanı Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin aparıcı mütəxəssisi Murad Məmmədli futbolçulara və məşqçilərə danışılmış oyun anlayışı, oyun zamanı futbolçuların və məşqçilərin üzləşə biləcəyi risklər, eləcə də bu cür halların futbolun toxunulmazlığına və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat verib.

Təlimçi futbolçuların və məşqçilərin oyun prosesində daşıdığı rol və bu rolun hər hansı kənar təsirdən qorunmasının vacibliyi barədə geniş təqdimatla çıxış edib. Bildirilib ki, danışılmış oyunlar kontekstində futbolçuların və məşqçilərin davranışları həssas məqamlardan biri hesab olunur və bu səbəbdən onların peşəkar davranışı daim yüksək məsuliyyət tələb edir.

Sessiya çərçivəsində futbolçuların və məşqçilərin futbolun ədalət və dürüstlük prinsiplərinin qorunmasında mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, peşəkarlıq, prinsipiallıq, dürüstlük və yüksək peşə etikası futbolçuların və məşqçilərin fəaliyyətinin ayrılmaz hissəsidir və bu prinsiplərin qorunması futbolun etibarlılığı üçün həlledici əhəmiyyət daşıyır. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və futbolçulara və məşqçilərə mümkün təsir üsulları təqdimat vasitəsilə izah olunub.

Eyni zamanda, futbolçuların və məşqçilərin etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, bu cür halların vaxtında və düzgün şəkildə məlumat verməsi zərurəti, eləcə də məlumatın gizlədilməsinin doğura biləcəyi ciddi nəticələr praktiki situasiyalar əsasında müzakirə olunub. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və futbolçuların və məşqçilərin ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri futbolçuların və məşqçilərin diqqətinə çatdırılıb, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu vurğulanıb. Həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr təqdim edilib. Təlimin sonunda iştirakçıların biliklərini yoxlamaq məqsədilə təlimlə bağlı interaktiv suallar verilib.

Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və futbolçuların və məşqçilərin bu sahədə məsuliyyət və məlumatlılıq səviyyəsinin daha da artırılmasıdır.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

Rəssam Əkrəm Tağıyev vəfat edib

News thumbnail
cemiyyet

Mövsümi qripdən necə qorunaq?

News thumbnail
cemiyyet

Almaniyanın "Berlin-Brandenburq" aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Azər Əmiraslanov: "İnnovativ iqtisadiyyata dövlət dəstəyi mexanizmləri təkmilləşdirilir"

Bugün, 12:31
News thumbnail
Bugün
dunya

Zelenski: Rusiyanın gecə hücumunun əsas hədəfi Kiyevin enerji infrastrukturu olub

Bugün, 12:31
News thumbnail
Bugün
cemiyyet

Mövsümi qripdən necə qorunaq?

Bugün, 12:30
News thumbnail
Bugün
huquq

Oğuzda narkotik dövriyyəsi ilə bağlı 3 nəfər saxlanılıb

Bugün, 12:30

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Azərbaycan vətəndaşlarının diplomatik, xidməti və ümumvətəndaş pasportu ilə sərbəst gedib-gəldiyi ölkələrin sayı açıqlanıb

Bugün, 12:28
News thumbnail
Bugün
huquq

Ayselin ölümünə səbəb olan həkim həbs olunmadı

Bugün, 12:28
News thumbnail
Bugün
siyaset

Azərbaycan və İordaniya arasında viza tələbindən azad edilmə haqda saziş təsdiqlənib

Bugün, 12:27
News thumbnail
Bugün
siyaset

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Bugün, 12:27
News thumbnail
Bugün
siyaset

Həmin qanun layihəsi müzakirəyə çıxarıldı

Bugün, 12:27
News thumbnail
Bugün
iqtisadiyyat

“Gəncə prospekti bir həftədən çoxdur qazılıb, tıxacda əziyyət çəkirik”

Bugün, 12:25
News thumbnail
cemiyyet

Yasamalda su xəttində baş verən qəza aradan qaldırılır - YENİLƏNİB

News thumbnail
cemiyyet

İsrail ordusu “Qolani” briqadasının qüvvələrinin Livanın cənubundan çıxarıldığını açıqlayıb