Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yara...--:--
News
Qubad İbadoğlu Azərbaycanı tərk etdi - Foto--:--
News
Bakıda keçiriləcək üzgüçülük üzrə "İpək Yolu" Dünya Kub...--:--
News
IEA-nın rəhbəri: "Avropa dizel tədarükündəki fasilələrə...--:--
News
QHT nümayəndələri Günərzi Qayğı Mərkəzində oldu--:--
News
Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yara...--:--
News
Qubad İbadoğlu Azərbaycanı tərk etdi - Foto--:--
News
Bakıda keçiriləcək üzgüçülük üzrə "İpək Yolu" Dünya Kub...--:--
News
IEA-nın rəhbəri: "Avropa dizel tədarükündəki fasilələrə...--:--
News
QHT nümayəndələri Günərzi Qayğı Mərkəzində oldu--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Azərbaycan Çinin innovativ pambıq əkini texnologiyaları ilə tanış olub

Bugün, 14:31
News thumbnail

Hüquqinfo.az bildirir ki,

"Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində Kənd Təsərrüfatı Nazirliyində yaradılmış "Buğda-Pambıq İcra qrupu"nun üzvlərindən ibarət nümayəndə heyəti Çində səfərdə olub.

Məlumata görə, nümayəndə heyətinin tərkibində təmsil olunan qurumun Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Pərviz Yusifov, baş məsləhətçilər İzzət Talıbov və Zaur Abbasov Korla və Çangşa şəhərlərində müasir əkin texnologiyaları, avtomatlaşdırılmış məhsul yığımı, toxumçuluq və innovativ emal prosesləri ilə tanış olublar.

Səfər çərçivəsində Sincan Uyğur Muxtar Rayonunun Korla şəhərində yerləşən "Xinjiang Seed Industry Co., Ltd." şirkətinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə pambıqçılıqda müasir texnologiyaların tətbiqi, yeni sortların yetişdirilməsi, suvarma sistemləri və məhsul yığımının avtomatlaşdırılması məsələləri müzakirə olunub.

Nümayəndə heyəti şirkətin pambıq əkin sahələrinə və yeni sortların nümayiş sahələrinə baxış keçirib. Baxış zamanı müasir əkin və suvarma texnologiyalarının tətbiqi, pambıq bitkisinin inkişaf xüsusiyyətləri, məhsuldarlıq göstəriciləri ilə bağlı məlumat verilib. Bildirilib ki, regionda pambıqçılıqda əsasən zərərvericilərə və xəstəliklərə davamlı genetik modifikasiya olunmuş sortlardan istifadə edilir. Əkin sahələrində damcı suvarma sistemləri tətbiq olunur, məhsul yığımı müasir pambıqyığan kombaynlar vasitəsilə həyata keçirilir. Pambığın yığım-tədarük prosesinin mexanikləşdirilməsi əmək məhsuldarlığının artırılmasına, istehsal prosesinin optimallaşdırılmasına imkan verir.

Səfər zamanı pambıq istehsalında torpaq və su resurslarından səmərəli istifadə, müasir aqrotexniki yanaşmalar, yüksək məhsuldar sortların tətbiqi və istehsal xərclərinin optimallaşdırılması istiqamətində də Çin təcrübəsi öyrənilib.

Hunan vilayətinin Çangşa şəhərində yerləşən "Longping High-Tech Park"nda olan nümayəndə heyəti yüksək texnologiyalar sənaye parkında toxumçuluq, yeni sortların yaradılması, molekulyar seleksiya və genetik tədqiqatlar, hibrid düyü, qarğıdalı, tərəvəz toxumlarının istehsalı, rəqəmsal kənd təsərrüfatı və ağıllı əkinçilik, eləcə də aqrokimyəvi məhsullar və bitki qidalanması üzrə işlərlə tanış olublar.

Səfər çərçivəsində şirkətin rəhbərliyi və aqrar sahədə fəaliyyət göstərən mütəxəssislərlə görüşlər keçirilib, çəltik sahələrinə və yeni sortların nümayiş sahələrinə baxış keçirilib, innovativ seleksiya və toxumçuluq texnologiyalarının tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Çin təcrübəsinin öyrənilməsi kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması, su və digər resurslardan səmərəli istifadə, toxumçuluğun inkişafı və innovativ yanaşmaların genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib

News thumbnail
siyaset

QHT nümayəndələri Günərzi Qayğı Mərkəzində oldu

News thumbnail
siyaset

Fərid Osmanlı: "Dabaq xəstəliyinə qarşı mübarizə tədbirləri dövlət tərəfindən həyata keçirilir"

Populyar Xəbərlər

News thumbnail
Bugün
huquq

Qubad İbadoğlu Almaniyaya getdi

Bugün, 14:35
News thumbnail
Bugün
siyaset

Fərid Osmanlı: "Dabaq xəstəliyinə qarşı mübarizə tədbirləri dövlət tərəfindən həyata keçirilir"

Bugün, 14:34
News thumbnail
Bugün
siyaset

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

Bugün, 14:33
News thumbnail
Bugün
dunya

Rusiya Azərbaycana və Aİİ ölkələrinə nağd rublun çıxarılmasını məhdudlaşdırıb

Bugün, 14:31

Həftənin Xəbərləri

News thumbnail
Bugün
idman

Formasını verən futbolçunun ayağını öpmək istədi

Bugün, 14:30
News thumbnail
Bugün
iqtisadiyyat

Tokayev Qazaxıstan-Almaniya investisiya və maliyyə platformasının yaradılmasını təklif edib

Bugün, 14:29
News thumbnail
Bugün
cemiyyet

Naxçıvanda əmtəəlik elektrik enerjisi istehsalı 3 %-ə yaxın artıb

Bugün, 14:29
News thumbnail
Bugün
iqtisadiyyat

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

Bugün, 14:28
News thumbnail
Bugün
siyaset

Fransada iki yüzə yaxın liseydə keçirilən etiraz aksiyaları zamanı 164 nəfər saxlanılıb

Bugün, 14:27
News thumbnail
Bugün
siyaset

QHT nümayəndələri Günərzi mərkəzindəki xidmətlərlə tanış olublar

Bugün, 14:27
News thumbnail
siyaset

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

News thumbnail
siyaset

Fransada iki yüzə yaxın liseydə keçirilən etiraz aksiyaları zamanı 164 nəfər saxlanılıb