
Hüquqinfo.az bildirir ki,
Dabaq xəstəliyinə qarşı mübarizə tədbirləri dövlət tərəfindən plana uyğun şəkildə həyata keçirilir.
Bunu "Hüquqinfo.az"un Qarabağ bürosuna açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini Fərid Osmanlı deyib.
Onun sözlərinə görə, dabaq xəstəliyinə qarşı vaxtında profilaktik tədbirlərin həyata keçirilməsi zəruridir:
"İribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında yayılan dabaq xəstəliyi beynəlxalq səviyyədə tanınan virus mənşəlidir və məhsuldarlığı azaltmaqla bərabər, heyvandarlıq təsərrüfatlarının aktiv fəaliyyətinə dı mənfi təsir göstərir. Bunun qarşısını almaq üçün vaxtında profilaktik tədbirlərin görülməsi vacib hesab edilir. Qeyd edim ki, bu tədbirlər dövlət tərəfindən plana uyğun şəkildə həyata keçirilir".
Qeyd edək ki, dabaq xəstəliyinə qarşı mübarizə tədbirləri çərçivəsində Ağcabədi rayonunda plana uyğun olaraq 80 min iribuynuzlu, 210 min xırdabuynuzlu heyvan peyvənd olunacaq.










