










Hüquqinfo.az bildirir ki,
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov məşqçilərlə görüşüb.
Görüş zamanı atletlərin hazırlıq prosesi, eləcə də yerli və beynəlxalq yarışlarla bağlı planlar müzakirə olunub. Həmçinin atletlərin qarşıdakı yarışlara hazırlığının daha da təkmilləşdirilməsi, məşq prosesinin təşkili və qarşıdakı fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
V.Behbudov məşqçilərə fəaliyyətlərində, atletlərə isə qarşıdakı yarışlarda uğurlar arzulayıb.






