










Hüquqinfo.az bildirir ki,
Prezident İlham Əliyevin sentyabrın 23-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncama uyğun olaraq əfv edilən Türkiyə vətəndaşı Dəmir Mehmet törətdiyi cinayətə görə peşman olduğunu bildirib.
"Hüquqinfo.az"un yerli bürosu xəbər verir ki, o, azadlığa buraxıldığı üçün Prezident İlham Əliyevə təşəkkür edib.
"Allah razı olsun Prezidentimizdən, İlham Əliyevdən. Anamın duası qəbul oldu. Etdiyim cinayətdən dolayı çox peşmanam. Hamıya deyirəm ki, cinayətdən uzaq durun. Biz peşmanıq, kiminsə peşman olmasını istəmərik. Rəbbim kimsəyə belə şey yaşatmasın".
Qeyd edək ki, əfv sərəncamına əsasən müxtəlif cəzalara məhkum edilmiş şəxslərin, o cümlədən Naxçıvan Muxtar Respublikasında cəza çəkən məhkumların da azadlığa buraxılması təmin olunub.










