Azərbaycan-Türkmənistan-Özbəkistan üçtərəfli əməkdaşlığı müzakirə olunub | Hüquqinfo.az

Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə görüşü çərçivəsində Türkmənistan və özbəkistanlı həmkarları ilə görüşüb.
"Liderlərimizin tapşırıqlarına uyğun olaraq, Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə görüşü çərçivəsində Türkmənistanın xarici işlər naziri əziz həmkarım və qardaşım Rəşid Meredov və Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov ilə üçtərəfli görüş keçirməkdən məmnun oldum.
Ölkələrimiz arasında ortaq tarixə, qarşılıqlı etimada və ümumi regional maraqlara əsaslanan qardaşlıq əlaqələrini və strateji əməkdaşlığı daha da gücləndirmək əzmimizi bir daha təsdiqlədik.
Üçtərəfli əməkdaşlıq formatının inkişaf etdirilməsi, nəqliyyat və tranzit əlaqələrinin genişləndirilməsi, enerji və ticarət sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də regional və regionlararası nəqliyyat dəhlizlərinin potensialından tam istifadə edilməsi məsələlərini müzakirə etdik.
Regional bağlantıların, iqtisadi inkişafın və sabitliyin təşviqi məqsədilə davamlı siyasi dialoqun, daha sıx koordinasiyanın və birgə səylərin vacibliyini vurğuladıq", - paylaşımda qeyd olunub.
Following the instructions of our leaders, was glad to host a trilateral meeting with dear colleagues and brothers, the Foreign Minister of Turkmenistan Rashid Meredov 🇹🇲 and the Foreign Minister of Uzbekistan Bakhtiyor Saidov 🇺🇿, on the sidelines of the 7th CICA Summit in Baku 🇦🇿. We reaffirmed our commitment to further strengthening the brotherly ties and strategic cooperation between our countries, building on our shared history, mutual trust and common regional interests. We discussed advancing the trilateral cooperation format, expanding transport and transit connectivity, enhancing energy and trade cooperation, and unlocking the full potential of regional and interregional transport corridors. Emphasized the importance of sustained political dialogue, closer coordination and joint efforts to promote regional connectivity, economic development and stability.
Populyar Xəbərlər

Qalatasaray Çempionlar Liqasında Ştutqartı məğlub edib | Hüquqinfo.az

Qalatasaray Ştutqart klubu ilə oyunda üstünlük qazandı | Hüquqinfo.az

Fransa həbsxanalarında məhbus sayı tarixi maksimuma yüksəldi | Hüquqinfo.az

Süni intellektə analiz nəticələrini oxutmaq təhlükə saçır | Hüquqinfo.az
Həftənin Xəbərləri

Böyük Britaniyada miqrantlar üçün daimi yaşayış icazəsi müddəti artırılır | Hüquqinfo.az
2 noy, 22:57
Donald Tramp: ABŞ Rusiya və Çin ilə qarşılıqlı kəşfiyyat fəaliyyəti həyata keçirir | Hüquqinfo.az
2 noy, 03:27
Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib | Hüquqinfo.az
1 noy, 23:13
Prezident İlham Əliyevin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb | Hüquqinfo.az
1 noy, 22:39
"Neftçi" Şamaxıda qələbə qazanaraq turnir cədvəlində liderliyə yüksəldi | Hüquqinfo.az
1 noy, 16:55
