
Hüquqinfo.az bildirir ki,
Azərbaycanın Nazirlər Kabinetində müxtəlif yaş qruplarını təmsil edən nazirlər fəaliyyət göstərir. Hazırkı hökumətin tərkibində ən gənc və ən yaşlı nazirlər arasında yaş fərqi 27 ildir.
Axar.az Metbuat.az-a istinadla xəbər verir ki, Azərbaycanın ən gənc naziri müdafiə sənayesi naziri Vüqar Mustafayevdir.
1986-cı ildə Bakıda anadan olan nazir hazırda 40 yaşındadır. O, 2023-cü il noyabrın 18-də müdafiə sənayesi naziri vəzifəsinə təyin edilib.
Vüqar Mustafayev Prezident yanında Dövlət İdarəçilik Akademiyasında mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra Xəzər Universitetində biznesin idarə edilməsi üzrə magistr dərəcəsi əldə edib. Nazir müxtəlif şirkətlərdə vəzifələrdə çalışıb, o cümlədən “PAŞA Holdinq”də rəhbər vəzifələr tutub.
Hazırkı hökumətin ən yaşlı naziri isə müdafiə naziri, general-polkovnik Zakir Həsənovdur.
Zakir Həsənov 2013-cü ildən Azərbaycanın müdafiə naziri vəzifəsini tutur. O, uzun illər hərbi xidmətdə olub və müxtəlif rəhbər vəzifələrdə çalışıb. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, Həsənov 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib və bundan sonra hərbi xidmətini davam etdirib.






