










Hüquqinfo.az bildirir ki,
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov yoldaşlıq və UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.
Qeyd edək ki, Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də, saat 20:00-da 8-ci km qəsəbə stadionunda Tacikistan yığması, UEFA Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də, saat 17:00-da "Darius and Girenas" stadionunda Litva, oktyabrın 1-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyn, həmçinin oktyabrın 4-də, saat 17:00-da 8-ci km stadionunda Litva yığması ilə qarşılaşacaq.










