
Hüquqinfo.az bildirir ki,
Bağça müəllimlərinin sertifikatlaşdırılması prosesi məktəb müəllimlərinin sertifikatlaşdırılması ilə eyni olacaq.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan "Pressinq" verilişində məlumat verib.
Onun sözlərinə görə, bu prosesdə təxminən 12 min tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur:
"Burada da eyni mexanizmdən istifadə olunur. Əvvəlcə obyektiv qiymətləndirməni təmin edən test imtahanı mərhələsi, daha sonra isə müsahibə mərhələsi keçiriləcək. Sertifikatlaşdırmanın noyabr ayı ərzində keçirilməsi planlaşdırılır. Təbii ki, tərbiyəçilərə əvvəlcədən dəvətlər göndəriləcək və proses barədə bir ay öncədən məlumat veriləcək. Noyabr ayı ərzində sertifikatlaşdırma prosesi başa çatdırılacaq".










